"Neftçi" bəyanat yayıb

23.08.2013 | 4867 dəfə oxunub

“Neftçi” klubu bəyanat yayıb. Klubun saytında yer alan bəyənatı təqdim edirik:

- Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçirilmiş “Qarabağ” - “Xəzər Lənkəran” matçında azarkeşlər arasında baş vermiş hadisələrdə  “Neftçi” PFK-nın azarkeşlərinin adının hallandırılması yolverilməzdir. Komandamızın uğurlarına kölgə salmağa çalışan bəzi qüvvələr mətbuat və digər vasitələrlə ictimai rəyi çaşdırmaq istiqamətində çalışırlar. 25.08.2013-cü il tarixində təşkil olunacaq “Xəzər Lənkəran” - “Neftçi” oyunu öncəsi qızışdırıcı mövqe tutan bu qüvvələr iki klub arasındakı münasibətləri korlamaq və azarkeşləri qarşı-qarşıya qoymaq üçün müxtəlif yollara əl atırlar. Azərbaycanda futbolun inkişafına zərbə vurmaq niyyətində olan bu insanlar idmana etnik qarşıdurma kimi ifadələri gətirməklə ictimai asayişi pozmağa səy göstərirlər.

“Qarabağ” və “İnter” klublarının UEFA Avropa Liqasında oyunlara yüksək səviyyədə hazırlaşması üçün “Neftçi” PFK rəhbərliyi İ.Qayıbov adına stadionu klubların ixtiyarına vermiş və hər iki klubun rəhbərliyi “Neftçi” PFK-ya öz minnətdarlığını bildirmişlər. Bununla yanaşı komandamızın çoxminli azarkeşləri “Qarabağ”ı beynəlxalq oyunlarda dəstəkləyərək onların uğurlarında pay sahibi olublar.

“Neftçi” PFK olaraq bir daha bəyan edirik ki, xoşagəlməz hadisələrdə “Neftçi” PFK-nın adının hallandırılması futbolumuza deyil, ümumilikdə dövlətçiliyimizə  xələl gətirmək cəhdləridir.

“Neftçi” PFK olaraq tələb edirik ki, “Qarabağ” - “Xəzər Lənkəran” görüşündə azarkeşlər arasında baş vermiş hadisələr tam dəqiqliyi ilə araşdırılsın (əgər varsa videogörüntülərlə) və günahkarlar öz layiqli cəzalarını alsınlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail