"İnter"in müdafiəçisi: "Səmimi desəm, bu barədə danışmaq mənə çətindir" Müsahibə

23.08.2013 | 4628 dəfə oxunub

"İnter"in xorvatiyalı müdafiəçi Matiya Şpiçiç klubun saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- “İnter”ə keçidiniz necə baş verdi?

- Mənim “Sibir” komandasıyla qüvvədə olan müqaviləm vardı və buna görə də daha bir ili Novosibirskdə keçirməliydim. Lakin “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze tərəfindən təklif gəldi və etiraf edim ki, bu klubun mənimlə maraqlanmasını öyrənmək xoş idi. Bilirdim ki, “İnter” ambisiyalı komandadır və yüksək yerlər uğrunda mübarizə aparır və demək olar hər il avrokuboklarda iştirak edir. Bu fakt məni çox həvəsləndirdi. Düşündüm və təklifi qəbul etdim.

- Qeyd etdiniz ki, “İnter”in kifayət qədər ambisiyalı komanda olduğunu bilirdiniz. Deyə bilərsinizmi, bu məlumatları haradan öyrənmişdiniz? İnternet sayəsində? Yoxsa Azərbaycanda çıxış edən futbolçular belə bir məlumatı vermişdilər?

- Xeyr, səmimi deyirəm ki, “İnter” haqqında heç kimdən məlumat almadım. Sadəcə avrokuboklarda iştirak edən klublar arasında “İnter”in adına tez-tez rast gəlirdim. Bir daha təkrar edirəm ki, “İnter” demək olar hər il avrokuboklara qatılır. Buna görə anlayırdım ki, bu komanda hər il yerli birincilikdə yaxşı nəticələr əldə edir.

- Yeri gəlmişkən, “Sibir”də vaxtilə “İnter”də oynamış hücumçu Robertas Poşkus çıxış etmişdi. Ona müraciət edərək klub barədə daha ətraflı məlumat toplamaq istəyi yaranmadı?

- Bəli, mən onu tanıyıram, o, yaxşı oğlandır, lakin Robertas mən “Sibir”ə gələndə artıq komandanı tərk etmişdi. Buna görə də “İnter” haqqında danışmadıq.

- Siz artıq iki aydır “İnter”in heyətində çıxış edirsiniz. Komanda haqqında nə deyə bilərsiniz? Burada gördükləriniz gözlədiklərinizi doğrultdumu?

- Bəli, deyə bilərəm ki, gözlədiklərimi burada gördüm. “İnter” yaxşı təşkilatlanmış peşəkar klubdur. Ayrıca yaxşı qəbula görə uşaqlara təşəkkür etmək istəyirəm. Onlar mənə burada uyğunlaşmağıma kömək etdilər.

- İlk vaxtlar belə bir rəy formalaşmışdı ki, siz məşqçinin nə tələb etdiyini sonadək başa düşmürsünüz və komandanın taktiki sxeminə tam uyğunlaşa bilmirsiniz?

- Bəli, əvvəllər bu, məni narahat edirdi. Axı “İnter” mənim üçün yeni komandaydı. Burada başqa taktika, başqa məşq var və buna alışmaq üçün müəyyən vaxt tələb olunur. İlk vaxtlar mənə bir qədər çətin oldu, lakin indi hər şey yaxşıdır. Əsas odur ki, futbolçu yeni şəraitə, yeni komandaya  tez uyğunlaşsın və o zaman hər şey yaxşı olacaq. Bu, həmişə belə olur.

- Məlum olduğu kimi, komandamızda daha iki cinah müdafiəçisi var, hər ikisi də yerli futbolçudur ki, legioner limitinin olduğu halda onların start heyətində yer almaq şansları daha yüksək olur. Əsas heyətdə yer almaq uğrunda rəqabət aparmaq üçün özünüzü mübarizəyə hazır hiss edirsinizmi?

- Əlbəttə. Əsas heyətdə mübarizə aparmağa özümü hazırlıqlı hiss edirəm. Hər bir oyunçunun özünəməxsus üstünlüyü var. Hamı özünü istər oyunlarda, istərsə məşqlərdə yaxşı tərəfdən göstərməyə çalışır. Kimin matça daha yaxşı hazır olduğuna və kimin əsas heyətdə yer alacağına baş məşqçi qərar verir.

- Azərbaycanda həm Xorvatiyadan, həm də Balkan ölkələrindən olan futbolçular çıxış edirlər. Bu futbolçulardan kimlərlə ünsiyyət saxlayırsınız?

- “Xəzər-Lənkəran”da çıxış edən Marin Orsuliçlə tanışam. Bundan başqa, vaxtilə “Sibir”də birlikdə oynadığımız, hazırda “Qəbələ”də çıxış edən Nikola Valentiçi yaxşı tanıyıram. “Simurq”un futbolçusu Stepan Polyakın da adını çəkə bilərəm. Bundan başqa, digər futbolçuları da şəxsən tanışam.

- Üç turdan sonra yerli çempionat barədə sizdə hansı rəy formalaşıb?

- Səmimi desəm, bu barədə danışmaq mənə çətindir, axı cəmi üç tur arxada qalıb. Düşünürəm ki, bu suala ən azı birinci dövrədən sonra cavab verə bilərəm. Onu deyə bilərəm ki, Azərbaycan Çempionatı tərəqqi edir.

 - İlk turlarda “İnter”ə müsbət nəticələr əldə etmək müyəssər olmadı. Belə uğursuz startın əsas səbəblərini nədə görürsünüz?

- Həmin oyunların ilk hissələrində kifayət qədər yaxşı oynadıq. Komanda qol vurdu və kifayət qədər inamlı təsir bağışladı. Lakin fasilədən sonra ssenari dəyişir. Uğursuz nəticələrin başlıca səbəblərinin nədən ibarət olduğunu bilmirəm. Biz elə bil konsentrasiyanı, oyunun ipini itiririk. Amma ümid edirəm ki, növbəti matçda hər şey bizim üçün uğurlu alınacaq və yaxşı nəticə əldə etməyi bacaracağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail