"Qəbələ"nin müdafiəçisi: "Qarabağ"la matça yaxşı köklənmişik"

23.08.2013 | 4221 dəfə oxunub

"Sumqayıt"la matçda istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Bəxt amili də həmin qarşılaşmada bizdən üz döndərdi. Amma artıq həmin oyunu unutmuşuq. Diqqətimizi növbəti oyuna - "Qarabağ"la görüşə yönəlmişik. Kollektivdə yüksək əhval-ruhiyyə hökm sürür. Komanda olaraq sözügedən qarşılaşmaya yaxşı kökləndiyimizi deyə bilərəm". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin gənc müdafiəçisi Ürfan Abbasov Premyer Liqanın IV turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri matç öncəsi səsləndirib.

Klubun rəsmi saytına verdiyi açıqlamada rəqib haqda fikirlərini bölüşən Abbasov Ağdam təmsilçisinin güclü olduğunu, amma komandasının rəqibdən çəkinmədiyini bildirib. O, meydançaya qələbə üçün çıxacaqlarını vurğulayıb: "Qarabağ" cari mövsümdə həm ölkə çempionatı, həm də Avroliqada nümayiş etdirdiyi oyunla nəyə qadir olduğunu göstərir. Dünən baş tutan "Qarabağ"-"Ayntraxt" Frankfurt matçını birlikdə izlədik. "Qarabağ" layiqli mübarizə apardı. Fərqlənmək imkanları da oldu. Heyf ki, bu şanslardan yararlana bilmədilər. 2 gün sonra isə Ağdam təmsilçisinin Qəbələ səfəri var. Çox güclü komandaya qarşı oynayacağıq. Amma biz də zəif kollektiv deyilik. Çətin və maraqlı görüş gözlənilir. Bu matçda yalnız 3 xal hədəfləyirik. İnanıram ki, doğma meydança və azarkeş amilindən yararlanaraq istəyimizə nail olacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail