Sadıq Sadıqov: "Böyükağa Hacıyevin kənarda qalması düzgün olmazdı"

23.08.2013 | 4726 dəfə oxunub

"Neftçi"nin prezidenti Sadıq Sadıqov klubun sabiq baş məşqçisi Böyükağa Hacıyevin komandaya qayıdışına münasibət bildirib. Stadium.az xəbər verir ki, S.Sadıqov klubun rəsmi saytına verdiyi açıqlamda B.Hacıyevin müşavir təyin olunmasını belə şərh edib: “Neftçi” PFK-nın son illərdə qazandığı uğurlarda Böyükağa Hacıyevin böyük əməyi var. O, baş məşqçi olduğu müddətdə komanda iki dəfə ölkə çempionu olmaqla yanaşı, bir dəfə də Azərbaycan kubokunu qazandı. “Neftçi” PFK-nın tarixi APOEL zəfəri ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması və Azərbaycan futbolunda ilkə imza atmasında da Böyükağa müəllimin rolu danılmazdır. Təsadüfi deyil ki, komanda qrup mərhələsində “Partizan”la hər iki qarşılaşmada, “İnter”lə isə səfərdə heç-heçəyə imza atdı və İtaliya təmsilçisinə qarşı doğma arenada cəsarətli futbol nümayiş etdirdi.

Bu mövsüm Çempionlar Liqasındakı uğursuzluqdan sonra Böyükağa Hacıyev baş məşqçi vəzifəsindən istefa verdi. Bununla belə biz onun klub qarşısındakı xidmətlərini nəzərə alaraq, təcrübəsindən bundan sonra da yararlanmağa qərar verdik. Biz hər zaman kluba yerli mütəxəssislərin cəlb edilməsinə çalışmışıq və bu mənada Böyükağa Hacıyev kimi təcrübəli şəxsin futboldan kənarda qalması düzgün olmazdı. İnanıram ki, O, yeni vəzifəsində də kluba çox faydalı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail