"Rəvan" - "İnter": qarşıdurmanın tarixi

24.08.2013 | 3863 dəfə oxunub

Məlum olduğu kimi, Premyer Liqanın 4-cü turunda “İnter” səfərdə “Rəvan”la qarşılaşacaq. Stadium.az xəbər verir ki, bu qarşılaşma komandalar üçün sayca 5-ci olacaq. İndiyədək komandalar 4 dəfə üz-üzə gəlib. Hər 4 oyun da "İnter"in qələbəsilə başa çatıb.  

Komandalar

O

Q

H

M

X

“Rəvan”

4

0

0

4

1-7

“İnter”

4

4

0

0

7-1

Bütün bu oyunlar milli çempionat çərçivəsində keçirilib. Bu qarşılaşmalarda “İnter” “Rəvan”ın qapısından 7 top keçirib, rəqib isə 1 qolla fərqlənib. Maraqlıdır ki, son 3 matçda “Rəvan”ın futbolçuları "İnter"in qapısına yol tapa bilməyiblər. Rəqibin “İnter”in qapısından keçirdiyi son qol 2011-ci ilin oktyabr ayına təsadüf edir.

“Rəvan”a qarşı səfər oyunlarında “İnter” tam üstünlüyə malikdir: 2 oyunda 2 qələbə, toplar arasında fərq 4-1-dir. 2011-2012-ci il mövsümündəki matçda "İnter" rəqibə meydanında 2:1 hesabıyla qalib gəlib, ötən mövsüm isə “İnter” bu komandanı 2:0 hesabıyla məğlub edib.

“Rəvan”-“İnter” matçının tam siyahısını təqdim edirik: 

Mövsüm

Matç

Hesab

Qol müəllifləri

2011/12

"Rəvan"-"İnter"

1-2

90+1’E.Hodziç-13’E.Abdulov, 44’İ.Kandelaki

2011/12

"İnter"-"Rəvan"

1-0

43’İ.Niasse

2012/13

"Rəvan"-"İnter"

0-2

27’N.Hacıyev, 61’B.Tsxadadze

2012/13

"İnter"-"Rəvan"

2-0

51(p)’B.Tsxadadze, 90+4’S.Zərgərov

Qeyd edək ki, “Rəvan” və “İnter” arasında keçirilən 4 matçın son 2 qarşılaşmasında qeydə alınan ən populyar hesab 2:0 olub. Maraqlıdır ki, bu matçların ən yaxşı bombardiri də Baçana Tsxadadzedir və forvardın aktivində 2 qol var. 

Bu matça əlavə maraq qatan detal odur ki, hazırda “Rəvan”ın heyətində “İnter”də oynamış futbolçular-Tofiq Mikayılov, Şəhriyar Rəhimov və Elnur Abdulov çıxış edirlər.

Əlavə edək ki, cari mövsümün startı hər iki komanda üçün uğurlu alınmayıb. Belə ki, “İnter” və  “Rəvan” indiyədək bir xal toplaya bilməyən yeganə iki komandadır.

Xatırladaq ki, “Rəvan”-“İnter” qarşılaşması avqustun 25-də Bayıl stadionunda baş tutacaq. Oyun saat 20.00-da başlayacaq, oyunun baş hakimisə Elvin Əsgərov olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail