Lənkərandan rəsmi məlumat: 5 hərbçi və 1 polis zabiti xəsarət alıb

26.08.2013 | 4665 dəfə oxunub

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) istintaq bölməsinin rəisi Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, ötən gün “Xəzər-Lənkəran” - “Neftçi” oyunundan sonra baş verən insident zamanı Daxili Qoşunların müddətdən artıq hərbi qulluqçuları 1988-ci il təvəllüdlü Saleh Səttar oğlu Hüseynov, 1990-cı il təvəllüdlü Tural Səfər oğlu Əliyev, 1987-ci il təvəllüdlü Natiq İsmayıl oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Kamran Dadaş oğlu Quliyev, 1989-cu il təvəllüdlü Sənan Surxay oğlu Həsənov və polis baş leytenantı 1977-ci il təvəllüdlü Mircan Mirverdi oğlu Quliyev xəsarət alıblar.

Baş verən insident zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən hərbi qulluqçular bu gün xəstəxanadan evə buraxılıb, polis baş leytenantı isə xəstəxanada müalicəsini davam etdirir.

Qeyd edək ki, ötən gün Premyer Liqanın IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident baş verib.

Lənkəran ŞRPŞ-dən APA-ya verilən məlumata görə, insident oyun bitəndən sonra hər iki komandanın azarkeşləri arasında yaranıb.

Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail