“Xəzər Lənkəran” - “Neftçi” matçından sonra tutulan şəxslərin adları açıqlandı

26.08.2013 | 6959 dəfə oxunub

Premyer Liqanın IV turunda keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” matçından sonra baş verən insidentlə bağlı tutulan şəxslərin adları açıqlanıb. Lənkəran Rayon Polis Şöbəsinin istintaq bölməsindən Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, oyundan sonra baş verən qalmaqalla bağlı 7 nəfər - 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Aydın Əkbərov, 1994-cü il təvəllüdlü Qusar rayon sakini Elman Davud oğlu Tağıyev, 1975-ci il təvəllüdlü Abşeron rayon sakini Zaur Arif oğlu Ərəbov, 1991-ci il təvəllüdlü Lənkəran rayon sakini Rəfail Fərahim oğlu Əkbərov, 1962-ci il təvəllüdlü Lənkəran rayon sakini Əli Aslanov, 1962-ci il təvəllüdlü Astara rayon sakini Elçin Eldar oğlu Abdullayev, 1966-cı il təvəllüdlü Lənkəran rayon sakini Elman Bayraməli oğlu İbrahimli tutulub və barələrində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.
Mehdiyev, həmçinin bildirib ki, insident zamanı saxlanılan zaman A. Əkbərov, Ə. Aslanov, E. Abdullayev, E. İbrahimli orta dərəcəli sərxoş halda olublar.
Qeyd edək ki, ötən gün Premyer Liqanın IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident baş verib.
Lənkəran Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, insident oyun bitəndən sonra hər iki komandanın azarkeşləri arasında yaranıb.
Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail