Ramiz Məmmədovu niyə Avroliqaya buraxmadılar?

24.05.2011 | 3597 dəfə oxunub

UEFA Ramiz Məmmədovun baş məşqçisi olduğu "Atırau"nu avrokuboklarda iştirakına icazə verməyib. Qitə futbol qurumu lisenziya problemi ilə əlaqədar Avroliqaya buraxmadığı Astana "Lokomotiv"ini əvəzləyəcək komandanın adını açıqlayıb. Bu, ötən çempionatı 5-ci yerdə bitirən "Atırau" yox, "dəmiryolçular"ın finalında yendiyi "Şaxtyor" olub. UEFA rəsmən bildirib ki, bürünc mükafatçı "İrtış"la kubokun finalçısı "Şaxtyor" Avroliqanın II, gümüş medalçı "Aktobe" I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Son çempion "Tobol" isə Çempionlar Liqasının II təsnifat mərhələsindən çıxış edəcək. Qazaxıstanın hər 4 iştirakçısı avrokuboklarda potensial rəqiblərimizdir. Həmyerlimizin çalışdırdığı komandanın yarışa buraxılmamasında yerli futbol federasiyasının da rolu var. QFF ilə «Atırau» boslarının münasibətlərində gərginlik hökm sürür, artıq 2 ildən artıqdır ki, əlaqələr «istilik»dən çıxıb. «Şaxtyor»un başbilənləri təşkilata daha yaxın olduğu üçün karaqandalılar önə çəkilib. Məlumata görə, «Atırau»nun təmsilçiləri federasiyanın tədbirlərinə nadir hallarda dəvət alır, hətta çempionatın püşkatma mərasimi onların iştirakı olmadan keçirilib.

rnrn

Problem isə öncə federasiyaya yaxın bəzi şəxslərin kluba işə götürülməməsi üzündən yaranıb. Xəzər sahili şəhərin təmsilçisi daha sonra azərbaycanlı məşqçini Yevgeni Yarovenkodan üstün tutublar. Yeni baş məşqçi ilə bağlı seçim edərkən, 43 yaşlı həmyerlimizi 1988-ci ildə Seul Olimpiadasının qalibi olan Yarovenkodan güclü sayıb. SSRİ dövründə "Kayrat"ın heyətində "Neftçi"yə qarşı oynamış Yevgeninin son iş yeri vətənində 2006-cı ildə "Yesıl-Boqatır", növbəti il qısa müddətdə gənclər yığmasının baş məşqçi postu olub. O, futbolçu karyerası zamanı "Dnepr"lə SSRİ kubokunun qalibi (1989) və 1987-cirnildə SSRİ-nin 33 ən yaxşı futbolçusu arasında "1 nömrə" olub. İqor Ponomaryovla birgə SSRİ yığmasının heyətində olimpiya çempionu olan 49 yaşlı qazax ölkəsinin 50 ildə (1954-2003) ən dahi futbolçusu kimi UEFA-nın yubiley mükafatına layiq görülüb. Yarovenko Qazaxıstana dönməyə hazır imiş: "Əgər konkret vəzifə, xidmətində maraqlı olan olarsa, hazıram".

rnrn

Federasiya onun namizədliyini dəstəkləsə də, klub sonda "Qəbələ"nin sabiq çalışdırıcısının üzərində dayanıb. "Atırau"nun direktoru Rəşit Munbayev: "Rəhbərlik baş məşqçi postuna bir neçə mütəxəssisin namizədliyini nəzərdən keçirirdi. Sonda vilayət rəhbərliyinin razılığı ilə Ramiz Məmmədovun namizədliyi üzərində dayanıldı. Ona güvənən rəhbərlik işinə müdaxilə etmir. Seleksiya işini məşqçilər korpusu həyata keçirir. Bütün legionerlər hələ ki onları qane edir. Cari mövsümdə komandamızın qarşısında duran vəzifə ən yaxşı ilk 6 komanda arasına düşməkdir. Bundan sonra mükafatlar uğrunda mübarizəmiz olacaq. "Transfer pəncərəsi" açılanrnvaxtda bir neçə mövqeni gücləndirəcəyik. Problemimiz ondadır ki, hücumçularımız sərfəli qol imkanlarından istifadə edə bilmirlər. Bu da ustalıq səviyyəsinin aşağı olması ilə bağlıdır. Bunun üzərində işləyəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail