Edu Oriol ”Xəzər Lənkəran”da!

26.08.2013 | 5714 dəfə oxunub

"Xəzər Lənkəran" Futbol Klubu daha bir futbolçunun transferini rəsmiləşdirdi. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan futbolçu Eduard Oriol Qrasiya bu gündən komandamızın şərəfini qoruyacaq. 26 yaşlı yarımmüdafiəçi karyerasına Kataloniya klubu olan "Pobla Mafumet"də başlayıb. Ardından Oriol bu bölgənin digər komandası "Sant Andreu"da bir mövsüm ərzində çıxış edib. Həmin mövsümü olduqca uğurlu keçirən futbolçu "Barselona"nın diqqətini cəlb edib. 2009-2011-ci illərdə "Barselona B"-də oynayan Edu bu komandanın "Sequnda"ya vəsiqə qazanmasında əsas rol oynayanlardan biri olub. Bir neçə dəfə "Barselonanın" əsas komandasının heyətinə də cəlb olunan oyunçu, ümumilikdə İspaniyanın ikinci divizionu olan "Sequnda"da 60 çempionat oyununda 9 dəfə fərqlənib.  2011-ci ildə isə sol cinah yarımmüdafiəçisi olan Oriol "La Liqa"da çıxış edən "Real Saraqosa"-nın heyətinə keçib. Araqon klubunun tərkibində bütün turnirlərdə 45 oyun keçirən futbolçu bu gündən etibarən "Xəzər Lənkəran"ın uğurları üçün çalışacaq. Edu Oriolla "Xəzər Lənkəran" arasında iki il müddətinə müqavilə imzalanıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail