"İnter"in hücumçusu Gürcüstan millisində

27.08.2013 | 5006 dəfə oxunub

Bakının “İnter” klubunun futbolçusu Baçana Tsxadadze karyerasında ilk dəfə Gürcüstan milli komandasına dəvət alıb. Gürcüstan Futbol Federasiyasının rəsmi saytında yerləşdirilən siyahıda Tsxadadze də var. 26 yaşlı hücumçu sentyabrın 6-da Fransa, bundan 10 gün sonra isə Finlandiya ilə Tiflisdə keçiriləcək 2010-cu il dünya çempionatının seçmə qrup matçlarına çağırılıb. Baş məşqçi Temuri Ketsbaya Azərbaycan Premyer Liqasında çıxış edən daha bir futbolçuya dəvət göndərib. Bu, “Qarabağ”ın hücumçusu Nikolas Gelaşvilidir.

Qeyd edək ki, seçmə mərhələdə I qrupunda yer alan Gürcüstan millisi 5 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb. Cəmi 3 qol vurmağa müvəffəq olan qonşularımız 7 dəfə məyus olublar. Fransanın 10, Finlandiyanın 6 xalı var. Lider İspaniya 11 xal, autsayder Belarus isə 6 oyundan 4 xal toplayıb. Baçana Tsxadadze Premyer Liqanın ötən turunun “Rəvan” – “İnter” matçında “het-trik” edib. Nikolas Gelaşvili isə ilk 4 tur ərzində 2 qol vurub.

lent.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail