Erik Obidike: “Ömrümün sonuna kimi Azərbaycanda qalmaq istəyirəm” Müsahibə

27.08.2013 | 24076 dəfə oxunub

Son illər Azərbaycan futbolunda legionerlərin sayı hədsiz çoxalıb. Yox, futbolumuz inkişaf etməyib, sadəcə, bizim futbolda yaxşı pullar var. Həmin legionerlərin əksəriyyətininsə adları ancaq statistikalarda qalıb. Yəni, “Bəyin oğurlanmasıfilmində deyildiyi kimi - “Gəlirlər, yoxlayırlar, gedirlər”. Amma elələri var ki, burada qalıb ev-eşik sahibi olublar. Onlardan biri nigeriyalı Erik Obidikedi.

Müxtəlif vaxtlarda Premyer Liqanın bir neçə komandasında top qovmuş Erik hətta bir neçə il əvvəl azərbaycanlı xanımla ailə həyatı da qurub iki övladı var. Son iki-üç ildə mətbuatdan qaçan Erik bizimlə söhbətə Nadir Qasımova görə razı oldu. Nadir müəllimdən xeyli razılıq edən müsahibimizləZabitlər bağındakı restoranda görüşdük. Onun yeni yerində.

Bir məqamı da qeyd etmək istərdikEriklə əvvəllər idman mətbuatında müsahibələr dərc olunub. Düzü əvvəl təkrarçılığa yol vermək istəmirdik. Amma özünün dediyinə görə mətbuatla son ünsiyyəti azı iki il əvvəl olub. Xeyli vaxt keçib. Həm ona qalsa, elə klub rəsmiləri var ki, hər gün mediaya çıxıb eyni sözləri təkrarlayırlar. Onlardansa, Erikin söhbəti maraqlıdı.

- Erik, neçə ildi Azərbaycandasan?

- 7 ildən çoxdu.

- Bura gəlişin necə oldu?

- Nigeriyanın yüksək dəstəsində çıxış eləyən NPA-da (“Nigeria Porth Authority” - red.) oynayırdım. 2005-ci ildə menecerim mənə Azərbaycana gəlməyi təklif etdi, mən qəbul elədim. İlk komandam QusarınŞahdağklubu olub. Orada 6 ay oynadım. Sonra isə zədələndim. Yarım il futbolsuz qaldım. Zədələndiyimə görə menecerim mənimlə müqaviləsini pozdu. Növbəti mövsüm özümNeftçi  ilə 4 illik müqavilə bağladım bir il əvəzedicilərdə çıxış elədim. Sonradan məniRəvana icarəyə verdilər. Komanda ondaMuğanadlanırdı. Daha sonra yenə icarə əsasındaTuranda MOİK- oynadım. “Neftçiilə müqaviləmin müddəti başa çatandan sonraŞuşaya keçdim.

- Şuşa haqqında məlumatın var?

- Əlbəttə. Azərbaycanın torpağıdı, Qarabağda yerləşir. Ermənilərin Şuşanı  işğal eləməsini lap əvvəldən bilirdim. İnternetdə bu haqda kadrlara da baxmışam, ermənilərin vəhşiliklərini görmüşəm. “Şuşada həm komandanın adı uğrunda oynayırdım.

- İndi işlə məşğulsan? Deyəsən futbolu atıbsan.

- Axırıncı dəfə baldırımdan zədə aldım. Ondan sonra futbolu atdım. Həm artıq 32 yaşım var. İndi gördüyün kimi restoranda işləyirəm. Həm menecerliklə məşğulam.

- Lisenziyan var?

- Yox, amma almaq fikrindəyəm. Yaxınlarda imtahan vermək istəyirəm.

- Transfer bazarında vəziyyət necədi? Alver gedir?

- Pis deyil. Azərbaycana bir neçə futbolçu gətirmişəm. Yaxınlarda 3 qanalı bir nigeriyalıŞuşailə müqavilə bağladı. Bundan başqa bir neçə futbolçunu başqa ölkələrin klublarına göndərmişəm.

- Hansı ölkələrin?

- Misir Tunis. Türkiyə, Özbəkistan kimi ölkələrlə əlaqəm var. Həm tək işləmirəm, şərikim var. Azərbaycanda da bir neçə futbolçunun menecerliyi ilə məşğulam.

- Erik, həm Nigeriyada, həm Azərbaycanda oynamısan. Hansı ölkənin birinciliyi daha güclüdü?

- Səviyyə baxımından Nigeriya. Pula görə isə Azərbaycan. Mən bura gələndə menecerim demişdi ki, Azərbaycan futbolunda yaxşı pul var. Nigeriyanın yüksək dəstəsində 20-22 komanda mübarizə aparır. Əhalinin sayı da az deyil - 200 milyona yaxındı. Futbolçular daha dözümlüdülər, fiziki futbola üstünlük verirlər, daha yaxşı oynayırlar. Futbolçu ildə 50-dən çox oyunda meydana çıxır. Azərbaycanda isə cəmi 10 komanda var. Həm burada daha çox texnikalı futbola fikir verirlər. Azərbaycanın futbolu axır vaxtlar çox inkişaf edib. Bir neçə ilə daha da qabağa gedəcək.

- Bizim futbolçulardan xaricə göndərmək istərdin?

- Hələ göndərə bilməmişəm. Əsas Afrika ölkələri ilə işləyirəm. Azərbaycanlılar orada oynaya bilməzlər. Çünki, Afrika futbolu daha çox fiziki güc tələb edir.

- Səncə bizim komandalar Nigeriya çempionatında çıxış eləsələr, çempion ola bilərlər?

- Çətin sualdı (gülür). Baxır hansı. Amma çempion olmalarına söz verə bilmərəm.

- Hansı komandaya azarkeşlik edirsən?

- “Neftçi, 4 il bu klubun oyunçusu olmuşam.

- Səncə, “Neftçibu il çempion ola biləcək?

- Yəqin ki. Amma bu il güclü komandalar çoxdu. 10 komandanın azı 8-i çempionluq üçün oynayacaq. MəncəNeftçinin Qəbələnin şansları daha çoxdu.

- Nəyə görəQarabağ yaXəzər Lənkəranyox, məhzQəbələ”?

- Çünki yaxşı transferlər ediblər. Komandada əcnəbi futbolçular qədər çox olsa, o qədər yaxşıdı. Daha yaxşı nəticə qazanarlar.

- Azərbaycana gəldiyinə görə peşiman deyilsən?

- Bilirsiz, o vaxt mənə iki variant təklif olunmuşdu. İtaliyanınİnterkomandasının əvəzedici heyətində Azərbaycanın yüksək dəstəsində oynamaq. Mən yüksək dəstəyə aldandım. “İnterə getsəydim, daha yaxşı olardı. O vaxt mənimlə bir komandada oynayan Obafemi Martins İtaliyaya getdi, məşhur oldu. Mən isə səhv qərar verdiyimə görə peşimanam. Martinslə dost olmuşuq. İtaliyada oynayanda tez-tez əlaqə saxlayırdıq. İngiltərəyə gedəndən sonra əlaqəmiz itdi. Amma, Azərbaycan mənim ikinci vətənim oldu. Burada ailə qurdum, ev aldım, uşaqlarım oldu.

- Necə oldu ki, azərbaycanlı qadınla evləndin?

- Çox sadə. Hamı kimi. Tanış olduq, bir-birimizi bəyəndik, evlənmək qərarına gəldik. Buranın adəti ilə toyumuz oldu. İndi çox xöşbəxtik. İki övladım var - Rəvan Mələk. Rəvanın başqa adı da var - Daniel.

- Maraqlıdı, uşaqlar kimin soyadını daşıyırlar?

- Hamıda olduğu kimi, mənim.

- Adətdən söz düşmüşkən, elçiliyə kimləri göndərmişdin?

- Dostlarımı. 4 nəfər idilər. Taekvandoçu Rəşad Əhmədovu, biznesmen dostum Rəvan Hüseynov daha 2 nəfər. Əvvəl qızın anası mənimlə görüşdü. Gördü ki, normal insanam, fikrim ciddidi. Sonradan elçilərimi göndərdim. Toyum da yaxşı keçmişdi.

- Bəs sizinkiləri razı salmaq çətin olmadı ki?

- Atam rəhmətə gedib. Anam qardaş-bacılarım da mənim işimə qarışmadılar. Ailəmizdə məndən başqa 2 qardaşım 3 bacım var. Bizdə əsas oğlanın fikridi. Əgər mən ailə qururamsa, kiminlə evlənməyimə özüm qərar verməliyəm. Belədə normal qarşıladılar.

- Fərqli adət-ənələrə sahibsiniz. Çətin olmur ki?

- Əsas odur ki, bir-birimizi başa düşürük.

- Nənə nəvələrlə görüşüb?

- İnternet vasitəsilə. Axırıncı dəfə Nigeriyada keçən il olmuşam. Yol uzaqdı deyə gedib-gəlmək çətindi. Həm xərc aparır. Ona görə heç Nigeriyadakı ailəm bura mənə baş çəkməyə gələ bilməyib. Bircə dəfə dostlarım gəlmişdi. Allah qoysa görüşdürərəm.

- Yəqin ki, buranın yeməklərinə bələdsən. Nigeriya ilə bizim mətbəxin fərqi çoxdu?

- Fərq var. Amma artıq öyrəşmişəm. Ən sevdiyim yemək plovdu. Özü aşqara ilə. Hərdən bizim yeməkləri bişirirəm. Pis alınmır.

- Vaxtilə Nigeriya millisinin aşağı yaş qruplarında forma geyibsən. Sonradan əsas milliyə niyə çağırılmadın?

- Azərbaycanda oynadığıma görə. Məşqçilərin oyunumu izləməyə imkanları yox idi. Həm İtaliyada, İngiltərədə oynayan futbolçuları qoyub məni çağırası deyildilər ki.

- Nigeriya gələn ilki dünya çempionatında birinci ola bilər?

- Yox (gülür). Ağlım kəsmir. Amma yarımfinala kimi gedə bilərlər.

- Dedin ki, 7 ildi Azərbaycandasan. Buranın adət-ənənələrini qavraya bilmisən?

- Tam olmasa da, xeyli hissəsini bilirəm. Həm dili öyrənmişəm. Əsas da dildi. Nigeriya çoxmillətli ölkədi. Haradasa 60-a yaxın dildə danışırlar, adət-ənənələri çox fərqlidi. Bundan başqa Nigeriyada dini baxışlar da müxtəlifdi. Əhalinin 60 faizi müsəlman, 30 faizi xristiandı. Yerdə qalanları da müxtəlif dinlərdəndi. Yəni, fərqli mühitlərə öyrəşmişəm.

- Müsəlmansan...

- .

- Oruc tuta bildin?

- Yox. Namaz da qılmıram. Amma müsəlmanam. Müsəlmanların güya hamısı namaz qılıb, oruc tuturlar? Əsas odur ki, yaxşı insan olasan.

- 60 dilin neçəsini bilirsən?

- 5-ni. Türk, rus, yamayka dillərində az-maz danışa bilirəm. İngilis dilində isə sərbəstəm.

- Azərbaycanın hansı bölgəsində yaşamaq istərdin?

- Qəbələdə. Həm yaxşı havası var, həm gəzməli yerləri çoxdu. Tovuz da yaxşıdı.

- Deyirsən təzə ev almısan. Mübarəkdi. Qayınatangil kömək elədi?

- Yox. Özüm almışam. Ailə mənimdisə, problemlərini mən həll etməliyəm. Şükür Allaha özüm qazana bilirəm.

- Erik heç olub ki, əcnəbi olmağın sənə burada problem yaratsın?

- O qədər. İlk vaxtlar küçədə tez-tez sataşırdılar. Cavablarını vermişəm. Lazım olsa, dava da eləyərəm.

- Heç belə şey olub?

- Bir dəfəNeftçi olanda məşqdən çıxıb evə gedirdim. Biri söyüş söydü. Haradan bilsin ki, dili öyrənmişəm. Mən onu döydüm.

- Bəs qorxmadın ki, polisə verərlər?

- Versinlər . Onsuz da polis biləcəkdi ki, o məni təhqir eləyib. Azərbaycanda hansı əcnəbi yerlilərə sataşır ki? Biz bura işləməyə, çörəkpulu qazanmağa gəlmişik, kiməsə sataşmağa yox.

- Burada dostların çoxdu?

- Əlbəttə. Çalışıram hamı ilə yaxşı münasibət qurum. Əsasən nigeriyalı futbolçularla tez-tez görüşürük. qədər olmasa, qürbətdəyik. Lazım olanda bir-birimizə dəstək oluruq. Əhməd Ticani, İbrahim Karqbo... İbrahim Bakıdan getdi.

- Bəs azərbaycanlı dostların necə?

- Ən yaxın dostum Rəşad Əhmədovla Rəvan Hüseynovdu. Fərid Mansurovla da yaxşı münasibətlərim var. Həmişə mənə dayaq olublar. Bilirsiz necədi - futbol oynayanda dostalım çox idi. Əlaqə saxlayırdılar, görüşürdük. Futbolu atandan sonra isə yoxa çıxıblar.

- Azərbaycanlı xanımla evlənmisən. Buranın vətəndaşlığını almaq istəyirsən?

- Bir-iki ilə almaq fikrim var. Bir az vaxt lazımdı.

- Birdən Nigeriyaya köçmək lazım oldu. Ailən səninlə gedəcəkmi?

- Bəs necə? Həyat yoldaşımla evlənməmişdən əvvəl bütün baş verə biləcək hadisələr barədə razılaşmışıq. Biz ailəyik. Həmişə bir yerdə olacağıq. İstər Azərbaycanda, istərsə başqa ölkədə. Amma ömrümün sonuna kimi Azərbaycanda qalmaq istəyirəm. Bura mənim ikinci vətənimdi.

Söhbətləşdi: NEMƏT, "Het-trik news"

P.S. Çox istərdik ki, Erikin ailəsi ilə birlikdə olan şəklini dərc edək. Əvvəl buna razı olan müsahibimiz hətta bir neçə belə şəkil təqdim etdi. Amma sonradan zəng edərək fikrini dəyişdiyini, bunun bir qədər yaxşı alınmadığını bildirdi. deyirik, hörmətlə yanaşmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail