Rüfət Nadirli: “Kimisə boş-boşuna, nəyinsə xətrinə tərifləmək “Arena”ya yaddı” Müsahibə

27.08.2013 | 5014 dəfə oxunub

"İnterAZ"ın idman departamentinin rəhbəri Rüfət Nadirlinin müsahuibəsi

- Bildiyiniz kimi artıq 1 ildir ki, “İdman zamanıefirə çıxır. Veriliş yarananda adından da göründüyü kimi, əvvəllər futboldan başqa idmanın digər növlərinə geniş yer ayırırdıq, güləş, taekvando digər olimpiya idman növləri üzrə mütəxəssisləri idmançıları dəvət edirdik. Amma sonradan məlum oldu ki, futbolla bağlı hazırlanan buraxılışlarımız daha çox tamaşaçı auditoriyası toplayır, daha çox marağa səbəb olur. Bu üzdən qərara gəldik ki, “İdman zamanından əlavə başqa bir veriliş hazırlayaq. “Qalib ol!” belə yarandı. Tədricən futboldan başqa digər idman sahələrində baş verən mühüm hadisələrin müzakirələrini bu verilişə yönləndirdik İdman zamanında ancaq futbola bağlı müzakirələrə üstünlük verdik. Əslində verilişin adını çoxdan dəyişmək istəyirdik. Amma çempionat başa çatmadığından bunu mövsümün sonuna saxladıq. “Arenaadının götürülməsinə gəlincə, bir neçə variant var idi. OnlardanArena daha məqsədəuyğun saydıq. Fikrimcə, verilişin adının dəyişməsinə baxmayaraq, əvvəlki kimi yenə tamaşaçıların zövqünü oxşaya biləcək.

- Əksər telekanallarımızda efirə gedən idman proqramlarından fərqli olaraq, “Arenada tənqidə daha çox yer virilir...

- Deyərdim ki, haqlı tənqidə. Bu gün Azərbaycan futbolunun vəziyyəti hamıya məlumdu. Futbolumuzda baş verən haqsızlıqlar, özbaşınalıqlar göz önündədi. Əgər futbolumuzun inkişafını istəyiriksə, çatışmazlıqları tamaşaçıya çatdırmalıyıq. Digər kanalllar haqqında nəsə deməyim düzgün çıxmaz. Bu, onların öz işidi. Konkret bizim kanala gəlincə, bildiyiniz kimi İnterAz TV-nin mərkəzi ofisi Rusiyada yerləşir. Rusiyada yayımlanan ilk yeganə  azərbaycandilli kanaldı. Bu kanalı yaratmaqda məqsəd ölkə xaricində yaşayan həmvətənlərimizə Azərbaycan haqqında öz diliizdə verilişlər təqdim etmək, xəbərlər verməkdi. Bundan başqa İnterAz TV rus dilində verilişlər hazırlayır ki, bu da rusdilli əhalinin Azərbaycan haqqında daha çox bilgi almasına xidmət edir. Mətləbdən uzaq düşməyim, “Arenaya dəvət olunan qonaqlara həmişə söz azadlığı verilib. Mövzu ilə bağlı fikirlərini deməkdə sərbəstdilər. Təbii ki, bu fikirlərin əksəriyyəti tənqid xarakterli olur. Əgər kimsə tənqid olunmasından narazıdırsa, bizə müraciət edə bilər onlara da tribuna verməyə hazırıq.

- Bu bir ildə edilən tənqidlərlə bağlı kimsə tərəfindən sizə təzyiqlər olubmu?

- Əlbəttə olub. Bir neçə dəfə bu cür hallarla rastlaşmışıq. Amma bu, bizim işimizə təsir göstərə bilməz. Kimsə fikirləşməsin ki, hədə-qorxu ilə nəyəsə nail olacaq. Bunlar hamısı boş şeylərdi. Çünki, biz tamaşaçılara haqqı çatdırırıq.

- Bəs tənqid etdiyiniz klublardan ya təşkilatlardanmaraqlı təkliflərnecə, olubmu?

= Düzü, hələİdman zamanında verilişboyu reklamların efirə verilməsi hamıya məlumdu. Amma diqqətlə baxsaq, görərik ki. həmin reklam yerləşdirən təşkilatlar futboldan uzaq sahəylə bağlıdılar. Klublarımıza gəlincə, onların ya sponsorlarının reklamlarını vermək mümkündü. Bu, biznesdi hər bir telekanal istəyir ki, daha çox reklamı olsun. Amma bu o demək deyil ki, hansısa klub reklam yerləşdirdi, onu tənqid etməyəcəyik. Kimisə boş-boşuna, nəyinsə xətrinə tərifləməkArenaya yaddı.

- ArtıqArenanın ilk buraxılışı efirə gedib. Adından başqa bir çox yeniliklər gözə çarpır...

- “Arenadigər kanallarımızda efirə gedən idman verilişlərindən fərqli olaraq, tamam başqa formatda tamaşaçılarla görüşə gəlir. Veriliş studiyada deyil, tamam fərqli bir məkanda lentə alınır. Bundan başqa, artıq verilişin efir vaxtı da artırılıb, saatyarım olub. Bu da qoyulan mövzu ətrafında daha çox müzakirələrəin aparılmasına hesablanmış addımdı. Yeri gəlmişkən, İnterAz Tv- yayımlananQalib ol!” verilişi artıq istirahətini başa vurub. Gələn həftədən etibarən yenidən tamaşaçılarla görüşə gələcək.

- “Arenainternet kabel televiziyaları vasitəsilə yayımlandığından Azərbaycanda heç bütün tamaşaçılar bu verilişi ümumiyyətlə İnterAz Tv-ni izləyə bilmirlər...

- Hazırda Ailə TV, CONNEKT TV, KATV1 vasitəsilə Azərbaycan ərazisində yayımlanırıq. Qısa zamanda dediyiniz çatışmazlıq aradan qalxacaq. Artıq bu barədə kanal rəhbərliyi lazımi qurumlarla danışıqlar aparır yaxın vaxtlardaAzerSpase-1” peyki vasitəsilə Azərbaycan ərazisində yayımlanacağı gözlənilir.

- Rüfət bəy, “Arenadan başqa həm Sportarena.azsaytının yaradıcısınız. Eyni vaxtda iki cəbhədə işləmək çətin deyil ki?

- Düzü, sonradan anladım ki, bu saytı yaratmaqla çox böyük səhvə yol vermişəm. Çünki, bu gün Azərbaycanın idman mətbuatında o qədər idman portalı fəaliyyət göstərir ki. Yerindən duran bir sayt açır klublardan 3-5 manat reklam almaqla fəaliyyət göstərirlər. Belə saytların Azərbaycan futboluna, idman mətbuatına heç bir xeyri yoxdu. Məqsəd sadəcə pul qazanmaqdı. Həm az-çox hörməti olan, oxucu auditoriyası olan saytların imicinə ləkə salırlar. Amma artıq bu sayt yaradılıb qurduğum işi ləğv etmək adama çətin gəlir. Saytımızın öz ofisi, kiçik kollektivimiz var. Yarandığı vaxtdan oxucu auditoriyası toplaya bilmişik. Çalışırıq ki, “sportarena.azı həmin hörmətli saytlar sırasına çıxaraq.

- Artıq yeni mövsüm başlayıb. İlk turlara nəzər salsaq, bu il hansı komandanı çempion kimi görürsünüz?

- Fikrimcə, çempionatın favoritiQarabağ. Ağdamlıların Avroliqa ilk turlardakı çıxışı göstərdi ki, komanda bu il çempion adına ən real namizəddi. “NeftçiQəbələ birinci ola bilərlər. Təəssüf ki, bu sözləriXəzər Lənkəranhaqqında deyə bilmərəm. Əslən lənkəranlı olduğumdan sıravi azarkeş kimi həmişə komandamızın qalib gəlməsini istəmişəm. Amma realıqda bu il lənkəranlıların çempion olmasına möcüzə kimi baxıram.

  “Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail