"Neftçi"dən cavab bəyanatı

28.08.2013 | 5378 dəfə oxunub

“Neftçi” klubu Premyer Liqanın beşinci turunda “Xəzər Lənkəran”la keçirilən oyunda yaşanan qalmaqalla bağlı bəyanat yayıb. Stadium.az xəbər verir ki, bəyanatda bunlar yer alır: 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkə başçısının futbola diqqət və qayğısının əsas göstəricisidir. Rövnəq Abdullayevin rəhbərliyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Dövlət Proqramının müddəalarını uğurla həyata keçirir. Artıq bir neçə iri miqyaslı futbol və infrastruktur layihələrinin yüksək səviyyədə təşkili buna bariz nümunədir. Dünya idmanı tarixində ilk dəfə təşkil olunacaq Avropa Olimpiya Oyunları üçün nəzərdə tutulan Olimpiya stadionu Azərbaycan futbolu üçün də böyük töhvə olacaq. 

Təsadüfi deyil ki, Bakı 2020-ci il Avropa Çempionatına ev sahibliyinə namizədliyini irəli sürüb. Rövnəq Abdullayevin AFFA Prezidenti seçilməsindən sonra Peşəkar Futbol Liqasının yaradılması ilə Azərbaycan çempionatının səviyyəsi yüksəlmişdir və bu inkişaf ilbəil artır. Artıq Azərbaycan futbolu klub miqyaslı yarışlarda da uğurlar əldə etməyə başlayıb. “Neftçi” PFK-nın Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanması, “Qarabağ” klubunun dəfələrlə pley-off mərhələsində çıxış etməsi AFFA-nın Azərbaycanda futbolun inkişafı naminə gördüyü məqsədyönlü işin göstəricisidir. Əminliklə demək olar ki, AFFA Prezidenti Rövnəq Abdullayevin seçdiyi inkifaş strategiyası düzgündür və yaxın gələcəkdə ölkə futbolu daha böyük zirvələri fəth edəcək. “Neftçi” PFK olaraq bu strategiyanı daim dəstəkləmişik və futbolumuzun inkişafı naminə çalışırıq. Əldə etdiyimiz nəticələr, avrokuboklardakı uğurlarımız düzgün yolda olduğumuzu sübut edir.

Təəssüf ki, Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran”-“Neftçi” PFK oyununda baş verən olaylar olduğu kimi qələmə verilmədi. Nəticədə bu azarkeşlər arasında vəziyyətin gərginləşməsinə gətirib çıxardı. Baş verən olaylarla bağlı AFFA-nın İntizam Komitəsi haqlı qərarlar qəbul etdi. Ümid edirik ki, bu qərarlar belə halların gələcəkdə bir daha yaşanmamasına zəmin yaradacaq. Sözsüz ki, futbol azarkeşlər üçün oynanılır, amma onlar da idman prinsiplərini unutmamalıdırlar. “Neftçi” PFK bütün klublarımızla dost münasibətlərə malikdir. Biz yalnız meydanda 90 dəqiqə ərzində rəqibik. “Neftçi” PFK, eləcə də bütün klublar bir amala-Azərbaycan futbolunun inkişafına xidmət edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail