"Bu oyunda "Ayntraxt"ı tərlədə bildik"

30.08.2013 | 5722 dəfə oxunub

"Düşünürəm ki, bu oyunda "Ayntraxt"ı tərlədə bildik. İlk dəqiqələrdən bura məğlub olmaq üçün gəlmədiyimizi nümayiş etdirdik. Sonadək mübarizə apardıq. Nəticə və göstərdiyimiz oyun da bunu sübut etdi". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Ayntraxt"la oyundan sonra deyib.

Qurbanov komandasının məğlubiyyətə layiq olmadığını bildirib: "Bakıda söz vermişdim ki, Frankfurtda daha yaxşı oynayacağıq və cavab oyununda bunu etdik. Lakin heç də hər zaman istədiyin alınmır. Erkən qol buraxmağımıza baxmayaraq, oyunumuz hardasa alındı. Bir neçə təhlükəli epizodlar yaratdıq. Komandam məğlubiyyətə layiq deyildi. Düşünürəm ki, biz qrup mərhələsində oynaya bilərdik. Lakin artıq üçüncü dəfə pley-offda bəxtimizə güclü rəqib düşdü. Reynaldoya gəlincə isə biz də onun bu oyunda meydana start heyətində çıxmağını istərdik. Ancaq o tam hazır deyildi".

"Ayntraxt"a 1:2 hesabı ilə məğlub olan "Qarabağ" Avropa Liqasında mübarizəni dayandırıb. Lakin UEFA-nın bu gün keçiriləcək püşkatma mərasimini nəzərə alsaq, Ağdam təmsilçisin qrup mərhələsində oynamaq şansı hələ də qalır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail