"İnter" - "Simurq": statistika nə deyir?

30.08.2013 | 4347 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 5-ci turunun qarşıdan gələn "İnter" - "Simurq" görüşü hər iki komanda üçün sayca 19-cu olacaq. Stadium.az xəbər verir ki, bunadək komandalar bir-birilə 18 dəfə qarşılaşıb, 16 oyun çempionat çərçivəsində keçirilib və 2 matç isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 14 dəfə məğlub edə bilib, "Simurq" isə ancaq 3 qələbəyə malikdir. 18 oyunun 1-i heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi "İnter"-in xeyrinədir - 31:10. 

     Komanda

   O

   Q

   H

   M

 Toplar

      “İnter”

  18

   14

   1

    3

  31-10

      “Simurq”

  18

    3

   1

   14

  10-31

Komandalar ilk dəfə 2006-cı ilin avqust ayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 2:0  hesabıyla "İnter"in xeyrinə başa çatıb. 

Xatırladaq ki, ötən mövsümdə komandalar bir-biri ilə dörd dəfə qarşılaşıblar. Dörd oyunun ikisi "İnter"in qələbəsilə başa çatıb. Digər iki oyunda isə “Simurq” qələbəyə sevinib. "Şəfa" stadionunda keçirilmiş iki matçda "İnter" rəqibi 1:0 və 5:0 hesabıyla üstələyib, Zaqatalada keçirilən görüşdə isə  "Simurq" daha üstün olub - 1:0 və 1:0. "İnter” - "Simurq" oyunlarında ən populyar hesablar 2:0 və 1:0-dır. Belə nəticələr 18 görüşün hərəyə 6 dəfə olmağla 12-də qeydə alınıb. "İnter" - "Simurq" qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 3:4 hesabıdır. 2008-cı ildə "İnter" "Simurq"u məhz bu hesabla udmuşdu. Ən böyükhesablı qələbəyə isə "İnter" elə ötən mövsümdə imza atıb -5:0. 

    Mövsüm

          Oyun

  Hesab

2006/07

 “İnter”-“Simurq”

    2:0

2006/07

 “Simurq”-“İnter”

    1:2

2007/08

 “İnter”-“Simurq”

    2:0

2007/08

 “Simurq”-“İnter”

    3:4

2008/09

 “Simurq”-“İnter”

    0:2

2008/09

 “İnter”-“Simurq”(K)

    2:0

2008/09

“Simurq”-“İnter””(K)

    2:1

2008/09

 “İnter”-“Simurq”

    1:0

2009/10

 “Simurq”-“İnter”

    1:1

2009/10

 “İnter”-“Simurq”

    2:1

2010/11

“Simurq”-“İnter”

    0:1

2010/11

 “İnter”-“Simurq”

    2:0

2011/12

 “İnter”-“Simurq”

    1:0

2011/12

  “Simurq”-“İnter”

    0:2

2012/13

 “İnter”-“Simurq”

1:0

2012/13

  “Simurq”-“İnter”

1:0

2012/13

 “İnter”-“Simurq”

5:0

2012/13

  “Simurq”-“İnter”

1:0

Azərbaycan çempionatında "Simurq"a qarşı keçirilən  ev oyunlarında “İnter” böyük üstünlüyə malikdir. Belə ki, 8 qarşılaşmanın hamısında komanda rəqibini məğlub etməyi bacarıb. Bu matçlarda top fərqi "İnter"in xeyrinədir - 12:1.

Qeyd edək ki, "İnter" - "Simurq" matçı sentyabrın  1-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail