"Azarkeşlərimiz əmin olsunlar ki, "Neftçi" daha da böyük zəfərlər qazanacaq"

30.08.2013 | 5096 dəfə oxunub

“Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından 1 il ötür. Stadium.az xəbər verir ki, flaqman məhz ötən il avqustun 30-da Kiprin APOEL klubunu səfərdə 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdı. Komandanın üzvləri - Rəşad Sadiqov və Flavinyo bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər.

Rəşad Sadiqov: “Bu gün bizim üçün çox xoş gündür. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq avrokuboklarda qrup mərhələsinə yüksələn bir komandanın kapitanı kimi qürur hissi keçirirəm. Çox istərdik ki, “Qarabağ”, nəhayət, üçüncü cəhddə bu uğuru təkrarlasın, amma çox təəssüf ki, alınmadı. Buna baxmayaraq, bu il “Qarabağ” Azərbaycanı Avropada layiqincə təmsil etdi. Hər bir klubumuza bu nailiyyətə imza atmağı arzulayıram. Azarkeşlərimizə səslənirəm, onlar əmin olsunlar ki, gələcəkdə “Neftçi” nəinki bu tarixi uğuru təkrarlayacaq, hətta daha da böyük zəfərlər qazanacaq”.

Flavinyo: “APOEL-lə oyun yaxşı yadımdadır. Evdə heç-heçə oynasaq da, Kiprdə qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. “Neftçi” qrupda da yaxşı təsir bağışladı. Milanda “İnter”lə bərabərə qalmaq asan məsələ deyil. Biz özünəgüvən və güclü komanda oyunu hesabına bunun öhdəsindən gəldik. Qismətə bax ki, bir il bundan qabaq elə bu tarixdə bizə məğlub olan APOEL bu dəfə bəxtin hesabına qrupa düşdü. Öz günahımız ucbatından bu mövsüm avrokuboklarla erkən vidalaşdıq. Çalışacağıq ki, gələn mövsüm daha böyük zirvələri fəth edib, azarkeşlərimizi sevindirək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail