”Xəzər Lənkəran”ın gənc ulduzunu yaxından tanıyaq Müsahibə

31.08.2013 | 4022 dəfə oxunub

Elnur Cəfərov... 17 yaşlılardan ibarət Azərbaycan millisinin hər qələbəsində onun imzasının olmasına, rəqib komandaların çalışdırıcılarının onun haqqında söylədiyi xoş fikirləri eşitməyə artıq öyrəşmişik. Son olaraq Litvada keçirilən “Palanqa” turnirində “Ən yaxşı hücumçu” seçilib millimizin qələbələrində böyük pay sahibi olan gənc forvard bu gün əvəzedicilərin çempionatında keçirilən V turun “Qəbələ” – “Xəzər Lənkəran” matçında da “Xəzər Lənkəran”ın ilk qolunun müəllifi oldu. Elnur “Xəzər Lənkəran”ın rəsmi saytına verdiyi müsahibədə qısa da olsa onu yaxından tanımağımıza yardımçı oldu.

- Elnur, futbola ilk gəlişin necə baş verdi?

- İlk dəfə futbolun sirrlərinə 9 yaşım olanda yiyələnmişəm. Lənkəran UGİM-in nəzdində Habil müəllimin məşqçiliyi altında futbolda ilk addımlarımı atdım. Daha sonra Teymur müəllim də püxtələşməyimə yardımçı olub. Lakin mənim üzərimdə böyük zəhməti olan müəllimim-məşqçim “Xəzər Lənkəran”da Məhərrəm Bağırov olub. Artıq 10 yaşımdan “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında çıxış edirəm. Düz 5 ildir “Xəzər Lənkəran”dayam. Doğma komandamızın mənim futbolçu kimi yetişməyimdə böyük payı və rolu var. Buna görə də klub rəhbərliyinə minnətdaram ki, hər bir futbolçunun böyük arzusu olan milli komandanın formasını daşımağa qədər yüksəlib istəyimə çatdım.

- Millidən söz düşmüşkən, neçə yaşından milliyə çağrılırsan?

- 14 yaşım olanda Azərbaycan millisinə çağrıldım. Amma məndən iki yaş böyük olan U-16-ya. Təbii ki, nə qədər çətin olsa da məndən yaşda böyüklərin arasında itib-batmadım və özümü göstərə bildim. Artıq U-17-nin şərəfini qoruyuram. Ümid edirəm bu templə davam edib əsas millimizin də şərəfini qoruyacağam.

- Bir neçə gün əvvəl başa çatan və Litvada keçirilmiş “Palanqa” turnirində də qollarını sıraladın və millimizin mükafatçılar sırasına düşməyində böyük pay sahibi oldun...

- Elədir! Amma qələbədə bütün komanda yoldaşlarımın payı var. Bu turnirdə “Ən yaxşı hücumçu” mükafatını aldım. Qollarımı da valideynlərimə və məni bu səviyyəyə çatdıran “Xəzər Lənkəran”a həsr edirəm.

- “Xəzər Lənkəran”ın əsas heyətində özündən yaşda böyük futbolçularla bir sırada olmaq, onlarla bir məşqlərdə iştirak etmək sənə çətinlik yaratmır ki?

- Açığı ilk günlər heç öyrəşə bilmirdim. Amma komanda yoldaşlarım mənə kiçik qardaşları kimi münasibət göstərib sıxılmağa qoymadı. Əsas komanda ilə xariçi ölkələrdə toplanışlarda olmaq da yetişməyimdə, futbolçu kimi artırmağımda həlledici oldu. Söz yox ki, mən bu yerdə millimizin məşqçilərini də unutmuram.

- “Xəzər Lənkəran”da ən bəyəndiyin, örnək götürdüyün futbolçu kimdir?

- Rahid Əmirquliyev! Onu bir insan və futbolçu kimi çox bəyənirəm.

- Con Toşak kimi tanınmış bir məşqçi ilə çalışmaq necə duyğudur?

- Çox məsuliyyətli olmaq gərəkir. O, gənclərə inanan və yer verən məşqçidir. Mənə də tez-tez öz tövsiyyələrini verir. Çalışıram bütün tapşırıqlarını düzgün yerinə yetirib əsas komandada möhkəmlənim.

- Son olaraq ən böyük arzunu bilmək maraqlı olardı...

- Ən böyük arzum “Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə qol vurmaq, “Xəzər Lənkəran”ın əsas heyətində daimi çıxış etmək və buradan Avropaya gedib ölkəmizi layiqincə təmsil etməkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail