104-cü legioner, 14-cü braziliyalı, 4-cü ispaniyalı

02.09.2013 | 5015 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” ilə səfər oyunu daha 2 futbolçunun “Xəzər Lənkəran”da rəsmi debütü ilə yadda qaldı. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Xəzər Lənkəran"ın 0:2 hesabı ilə uduzduğu matçda Deyvid Sakkoni və Edu Oriol ilk dəfə “ağ-yaşıllar”ın heyətində meydana çıxdı. Bu matçadək klubun 9 illik tarixində 164 oyunçu rəsmi matçlara çıxmışdı. Fasilədən sonra meydana çıxan Oriol bu siyahıda 165-ci, 73-cü dəqiqədə komanda yoldaşını əvəzləyən Sakkoni isə 166-cı oldu. Bu 166 oyunçudan milliləşənlər də nəzərə alınmaqla 104-ü legioner, 62-si yerli futbolçudur. Oriolla Sakkoniyədək 102 əcnəbi 37 ölkəni təmsil edirdi. Sakkoni klub tarixində 14-cü braziliyalı oldusa Oriol 4-cü ispaniyalıdır. Mario Rosas, Toni Doblas və Alvaro Silvadan sonra 4-cü olan Edunun sayəsində onun ölkəsi klubumuzdakı təmsilçilikdə Bolqarıstan və Portuqaliyaya çatdı. Braziliyalılar isə bu sayda hələ də 2-cidir: : Rumıniya – 18, Braziliya – 14, Türkiyə - 10, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya, İspaniya – hərəsi 4, Albaniya, Argentina, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya, Makedoniya, Mərakeş, Kamerun – hərəsi 1. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail