"Qəbələ": 60, 70, 80

02.09.2013 | 5195 dəfə oxunub

“Qəbələ” Premyer Liqanın V turunda “Xəzər Lənkəran” üzərində 2:0 hesablı qələbə qazandı. Stadium.az klubun saytına istinadən xəbər verir ki, mövsümdə 3-cü dəfə meydanı 3 xalla tərk edən komanda bir neçə ilkə imza atdı. “Qırmızı-qaralar” mövsümdə ilk dəfə oyunda hesabı açan tərəf oldu. Belə ki, əvvəlki 2 qalibiyyət zamanı ilk qol rəqibdən gəlmiş, “Qəbələ” isə əzmkar qələbə ilə fərqlənmişdi.

Öncəki qələbələrini minimal fərqlə əldə edən  komanda bu dəfə 2 top fərqinə sevindi. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında ilk dəfə inamlı qələbə əldə edən “qırmızı-qaralar” sonuncu dəfə ötən mövsümün 21-ci turunda 2 top fərqli zəfər çalmışdı. Həmin vaxt da rəqib “Xəzər Lənkəran” idi - 2:0. Növbəti 15 oyunda qazanılan 4 qələbənin hamısı isə 1 top fərqilə əldə olunmuşdu.

Bu dəfəki qələbə həm də klub tarixində evdə qazanılan 70-ci qələbə oldu. 13 dəfə I dəstə, 10 dəfə kubok və 47 dəfə Premyer Liqada qonaqları məğlub edən “Qəbələ” öz meydanındakı 138-ci qarşılaşmada 70-ci dəfə qalib gəldi.

Yeni komandasında qol hesabını açan Lorenzo  Ebesilio “Qəbələ”də qol sevinci yaşayan 80-ci futbolçu oldu. Daha 6 qol isə rəqiblərin avtoqolu sayəsində mümkün olmuşdu. Ebesilio 80 nəfərlik siyahıda ilk hollandiyalı kimi tarixə düşdü. Belə ki, onadək “qırmızı-qara” formada çıxış etmiş hollandiyalılar - 55 oyun keçirən Stiv Olfers və 2 matçın iştirakçısı olan Con Kollins qola həsrət qalmışdı. Ebesilio Premyer Liqada “Qəbələ” üçün qol vuran 60-cı oyunçudur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail