Şahin Diniyev: “İsraillə matçda bu dəst-xətti dəyişmək düzgün olmaz” Müsahibə

02.09.2013 | 4549 dəfə oxunub

Azərbaycan heç vaxt futbol ölkəsi olmayıb. Elə bu səbəbdən də nadir hallarda həmvətənlərimizin xarici klublarda oynamasının şahidi oluruq. Günümüzdə üzdə olan futbolçularımızdan yalnız Ruslan Abışov normal əcnəbi klubda forma geyinir ki, onu da daha çox “Rubin”in ehtiyat oyunçular skamyasında görürük. Mətləbdən uzaqlaşmayaq, İsrail millisinə qarşı oynayan komandamızın şansları barədə Ölü dənizin sahillərində yerləşən ölkənin çempionatında oynamış milli komandamızın sabiq kapitanı və baş məşqçisi Şahin Diniyevlə söhbət etməyə zərurət duyduq.

- Komandaların şanslarını dəyərləndirərkən, yəqin ki, tərəzinin gözünün lehimizə olmadığı ilə razılaşarsınız?

- Nə qədər acı olsa da, etiraf etməliyik ki, bu yığmalar barrikadanın müxtəlif tərəflərində qərarlaşıblar. Bunu komandaların həm reytinq, həm də turnir cədvəlndəki mövqelərindən də açıq-aşkar görmək mümkündür. İsrail millisinin futbolçularının fərdi bacarığı barədə əlavə şərhə ehtiyac yoxdu. Üstəlik onlar doğma meydanda oynayır və bu, əlavə üstünlük deməkdir. Və nəhayət, İsrailə bu görüşdə qələbə hava-su kimi lazımdı. Axı tərəzinin gözündə dünya çempionatının final mərhələsinə çıxmaq kimi ümdə bir şansın mövcudluğu dayanıb.

Bütün sadaladıqlarımı nəzərə aldıqda, aydın olur ki, İsrail cütlüyün aşkar favoritidir. Lakin bu da var ki, futbolda ancaq favoritlər qalib gəlsəydilər, görüşə çıxmağa ehtiyac olmazdı. Elə bu səbəbdən də hesab edirəm ki, az da olsa, millimizin səfərdən xalla dönmək şansları var. Qalır bu şansdan yararlanmaq.

- Yəqin razılaşarsınız ki, müstəqillik dönəmində yığma komandamız ən qorxaq futbolu məhz Berti Foqtsun dövründə oynayır. Sizcə, “Əbədi Torpaq”da da komandamız utopik müdafiə sistemi ilə oynamalıdı ki, xal qopara bilsin?

- Həmkarım barədə fikir irəli sürmək istəməzdim. Sadəcə onu qeyd edə bilərəm ki, hər məşqçinin öz oyun fəlsəfəsi var və əgər Foqts bu vaxta qədər komandanı bir sistem üzrə oynadıbsa, İsraillə matçda bu dəst-xətti dəyişmək düzgün olmaz.

- Şahin müəllim, yəqin ki, bu komandalar arasında ilk oyuna baxmısınız. Millimiz qol buraxdıqdan sonra taktika 180 dərəcə dəyişdi. Özü də şəxsi qənaətim budur ki, millimizin irəli atılması təşəbüsü Foqtsdan yox, futbolçularımızdan gəlmişdi. Milli qürur hesabına təşəbbüsə yiyələnən komandamız hesabı da bərabərləşdirdi, israilliləri əməlli-başlı təşvişə də saldı...

- Nəzərə alın ki, həmin oyun Bakıda keçirilirdi və fanatların çılğınlığı da komandamızın irəli atılmasına təkan verdi. O ki qaldı taktika məsələsinə... Hesab 0:0 olanda məşqçinin verdiyi taktika təbii ki, ehtiyatlı oyuna hesablanır. Lakin komanda hesabda geri düşdükdən sonra, mütləq riskə getməlisən. İstəməzdim ki, Ramat Qanda komandamız hesabda geri düşsün, ancaq belə olacağı təqdirdə əminəm ki, futbolçularımız daha çox hücum etməyə cəhd göstərəcəklər. Həm də ki, məşqçi əlindəki materiala uyğun taktika qura bilər.

- Yeri gəlmişkən, millinin baş məşqçisi ilə bağlı da sual vermək istəyərdim. Məlum olduğu kimi, Foqts cari tsikl başa çatdıqdan sonra tutduğu kreslonu boşaldacaq. Sizcə, millini yerli, yoxsa əcnəbi çalışdırmalıdı?

- Millimizin mövcud durumunda hansısa əcnəbinin komandamızı dünya və ya Avropa çempionatının finalına daşıyacağı mümkünsüzdür. Sizə bir misal çəkim. Məsələn, sizi “Real”a baş məşqçi təyin etdilər. Komanda 1-ci olsa bu, uğur, 2-ci olsa, uğursuzluq sayılacaq. Dediyim odur ki, istənilən mütəxəssis əlində olan materialı 5-10 faiz gücləndirə bilər, yaxud da əksinə, onun uğursuz rəhbərliyi sayəsində komanda azacıq zəif çıxış edə bilər. Yığma komandaya, ümumiyyətlə, Azərbaycan futboluna baxış bucağı dəyişməlidir. Konkret sualınıza gəlincə, hesab edirəm ki, əcnəbi, Avropa futboluna yaxından bələd məşqçi bizə komandamız seçmə qrup mərhələsində mütamadi 3-cü yeri tutmağa bacardıqdan sonra lazım ola bilər. Çünki belədə, onun təcrübəsi sayəsində kiçicik komponentlər hesabına final mərhələsinə yüksəlmək mümkündür. 

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail