"Hafiz Məmmədovun "Lansı" almasından sonra..." Müsahibə

02.09.2013 | 4235 dəfə oxunub

Hafiz Məmmədovun sahib olduğu "Lans"ın tunisli futbolçusu Liqa 2-nin son turunda "Trua" üzərindəki qələbədən sonra (1:0) yerli mətbuata müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- "Lans"ın turnir cədvəlindəki hazırkı mövqeyi sizi təəccübləndirdi?

- Açığı, bu bir az gözlənilməz oldu. Klubun səhmlərinin satışı ilə əlaqədar komanda bir qədər gec yığışdı. Yeni transferlərin keçidi də gecikdi. Bununla belə, baş məşqçi Anton Kombouare 3 həftəyə komandanı hazır vəziyyətə gətirdi. Bu baxımdan turnir cədvəlindəki mövqeyimiz gözlənilməz oldu.

- Komandanın çempionata yaxşı start verməsində baş məşqçinin rolu nə dərəcədə oldu?

-  O,  çox təcrübəli və yüksək səviyyəli məşqçidir. Onun ötən mövsüm PSJ-dəki fəaliyyəti buna sübutdur. Üstəlik Kombouare çox intizamlı adamdır. Bu da insanı onun məsləhətlərinə qulaq asmağa vadar edir. Çünki o nə dediyini yaxşı bilir.

- Bir neçə kəlmə də son turda komandanızı dəstəkləyən 30 min azarkeşlə münasibətləriniz haqda danışardın...

- Burada qeyri-adi heç nə yoxdur. Azarkeşlərlə ötən illər ərzində də münasibətimiz korlanmamışdı. Ancaq Hafiz Məmmədov və Jerve Martelin klubu almasından sonra komanda yeni mərhələyə qədəm qoyub. Artıq “Lans”da yeni təkan hiss edirəm. Lakin eyforiyaya qapılmamalıyıq. Biz gələn ilin may ayına – mövsümün sonuna qədər bundan min dəfə güclü səviyyədə qalmaq niyyətindəyik. Mən bunu yaşamaq istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail