"Rəvan"da etiraz videosu yaydı VİDEO

03.09.2013 | 4256 dəfə oxunub

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən "Sumqayıt" - "Rəvan" matçında qonaqlar qalib gəlsələr də, hakimlikdən şikayətlənən tərəf olublar. Stadium.az xəbər verir ki, matçın baş hakimi Fariz Yusifovun görüşün sonlarına yaxın verdiyi qərarın doğru iddia olunur. 

Saytdakı məlumatda deyilir: "Təcrübəli referi rəqib qapıçı Anar Nəzirovun Ramazan Abbasova qarşı aşkar kobudluğunu görmədi. Əksinə, hakim bu epizodda Abbasovun simulyasiyaya əl atdığını düşündüyündən ona ikinci sarı vərəqəni göstərdi. Amma "qırmızı”nı vermək yaddan çıxdı. Yalnız ehtiyat hakimin xəbərdarlığından sonra Ramazana qırmızı vərəqə göstərildi. Bu zaman kəsiyində isə mətbuatın yazdığı kimi 5-6 dəqiqə yox, düz 2 dəqiqə 27 saniyə vaxt getdi. İstənilən halda, orada simulyasiyadan söhbət belə gedə bilməzdi. Bunu həmin epizodun təkrarına baxdıqda da aydın görmək olar. 

Məsələ ilə bağlı Ramazan Abbasovun da fikirlərini öyrəndik: "Bilirsiz, karyeram ərzində Azərbaycanda hələ qırmızı vərəqə almamışdım. Çünki kobud oyunu sevmirəm, meydanda özümü ələ almağı bacarıram. Amma bu dəfə hakim heç nədən mənə 2 sarı vərəqə göstərdi. Yaxşı, birincini deyək ki, haqq etmişdim. Bəs ikinci?! Açıq-aydın qayda pozuntusu var idi o epizodda. Orda təmiz penalti idi. Topu qapıçının yanından atandan sonra sol ayağıma vurdu, mən də yıxıldım. Yaxşı, deyək ki, bu toxunuş penalti deyil. Axı məhz həmin toxunuşdan sonra yerə yıxıldım, sarı niyə göstərildi? Oyunun elə anları idi ki, bir qol bütün intriqanı öldürəcəkdi. Penalti verilmədiyini görəndə əsəbimdən bilmirdim neyləyim. Heç ikinci sarı vərəqə də yadıma düşmürdü. Bir də dördüncü hakim Fariz Yusifovu yanına çağırıb nəsə deyəndə anladım ki, söhbət məndən, vərəqədən gedir. Yenə deyirəm, ilk qələbə istəyi o qədər böyük idi ki, heç nə yadıma düşmürdü. Bu yandan da təmiz penaltimiz verilməmişdi. Əsəbimdən partlayırdım. Ümid edirəm ki, aldığım haqsız ikinci sarı vərəqə ləğv ediləcək və mən "Qarabağ” ilə oyunda komandaya kömək edə biləcəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail