Statistika: Ələkbərov 76-cı oldu

04.09.2013 | 3929 dəfə oxunub

Premyer Liqanın 5-ci turu çərçivəsində keçirilən “İnter” - “Simurq” matçı bəzi statistik göstəricilərlə də yadda qaldı. Stadium.az xəbər verir ki, matçın 31-ci dəqiqəsində “Simurq”un qapısını dəqiq hədəfə alan "İnter"in gənc yarımmüdafiəçisi İlqar Ələkbərov “İnter”in Azərbaycan Çempionatı oyunlarında qol vurmaqla fərqlənən sayca 76-cı futbolçusu oldu.

Bu mövsümdə bu siyahıya öncə Vaqif Cavadov, Ruslan Əmircanov və Brüs Abdulaye daxil olmuşdular. Vaqif Cavadov bu mövsüm “İnter”in heyətində birinci olsa da, Ruslan Əmircanov və Brüs Abdulaye komandada ötən ildən çıxış edirdilər, amma Premyer Liqanın 2012-13-cü il mövsümündə qol vurmaqla fərqlənə bilməmişdilər.

Qeyd edək ki, “İnter”in heyətində ən yaxşı bombardir Xaqani Məmmədovdur, onun aktivində 28 qol var. Rəqibin qapısından 6 az top keçirmiş futbolçu uruqvaylı Valter Quqlemondur. Baçana Tsxadadzenin avtivində 18, Robertas Poşkusun aktivindəsə 14 qol var.

Əlavə edək ki, 2004-cü ildən başlayaraq “İnter” 269 matç keçirib. 145 oyunda komanda qələbə qazanmış, 71 oyunda heç-heçə qeydə alınmış və 53 qarşılaşma “İnter”in məğlubiyyətilə başa çatıb. Bu matçlarda "İnter" 377 qol vurub, qapısından 188 qol buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail