Millimizin sabiq üzvü Serbiya klubunda

04.09.2013 | 4963 dəfə oxunub

Milli komandamızın sabiq üzvü Murad Hüseynov özünə yeni komanda tapıb. Stadium.az xəbər verir ki, dağıstanlı hücumçu karyerasını Serbiyada davam etdirəcək. Belə ki, Hüseynov bu ölkənin "Sloboda Sevoyna" klubu ilə anlaşıb. Millimizin heyətində Bakıda Almaniya millisinə qol vuran hücumçu ölkəmizdə "Qəbələ" və "Sumqayıt"da forma geydikdən sonra özünə yeni klub tapa bilmədiyini üçün Azərbaycandan getmişdi.

Qeyd edək ki, "Sloboda Sevoyna" klubu cari mövsümə uğursuz start verib. Komanda keçirdiyi 4 oyunda qələbəyə həsrət qalaraq, cəmi 2 xal toplayıb və 16 komanda arasında 14-cü pillədə qərarlaşıb. Son turda komanda səfərdə "Radniçki Niş"ə 0:2 hesabı ilə uduzub. Ötən mövsüm komanda beşinci yeri tutmuşdu. Komanda dördüncü olan "Yaqodina"dan 5 xal geri qalaraq, Avroliqaya yüksələ bilməmişdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail