«Vurulan» və «vurulmayan» fiqur - YAZI
Dəqiqrnməlumat: AFFA-da çevrilişrnolmayacaq! Birdəfəlik! Fuad Musayevin vaxtı deyil!
rnrnO zamanlar getdi. Çoxdan gedib. Getməyən bəzi adamlardı ki, futbolda lövbər salıb. Gələnə çəpik çalıb, gedənə təpik atırlar. Çox deyil. Az da deyillər. Müəyyən qruplardı. Onlardı ki, bir-birlərini yerə sərmək üçün fürsəti qaçırmazlar. Qladiator sayırlar özlərini. «Mən niyə üzdə olmayım» deyib, altdan-altdan iş çevirirlər. Bu iş çevirənlərin əsl kimliyi çox az kəsə məlumdu, bilənlər də səsini çıxarmır. Ki, «nəyimə lazımdı» deyə, düşünüb, ağızlarına su alırlar.
rnrnRövnəq Abdullayev 3 ildən artıqdı AFFA-nın prezidentidi. Bura yolu nə vaxt düşər, təsadüfdən-təsadüfə qapını açar. AFFA qalıb Elxan Məmmədovla Ramin Musayevin ümidinə. Baş katiblə Peşəkar Futbol Liqasının prezidentinin arası Çörçillə Stalinin münasibətlərindən fərqlənmir. İkisi də bir-birinə lazımdı, di gəl, ikisi də bir-birinin getməsini istəyir. Nüfuz savaşı pərdəlidi. Məmmədov AFFA-nın 4 mərtəbəli binasının 3 etajını artıq «özününküləşdirib», Musayev də onda olan qatdan «vurulmamaq» naminə hər çabanı göstərir. Bu çaba «Neftçi»nin çempionluğuna dəstək verməklə davam elədi ki, Abdullayevin yaxın çevrəsi ilə ilişkilərini bir balaca düzəltsin. 2003-də «Neftçi»də işləməyə başlayandan bəri bu şəxslərlə ulduzu barışmır.
rnrnYalan olmasın, 6 il əvvəl eşitmişdim ki, Sadıq Sadıqov kluba prezident keçə bilər. O vaxt Rövnəq bəy gözlənilən qərarı verməsə də, ilyarım öncə yaxın qohumunu arzulanan posta gətirdi. Arada itən illərdə «Neftçi»nin çempion ola bilməməsi indiki titulu şirin edir. Düz deyirlər, bir müddət keçəcək, hakimlərin, AFFA-nın, PFL-nın onlara köməyi tarixin yaddaşından silinəcək, qalmaqallı olayların üzərinə qayıdılmayacaq. Yavaş-yavaş hər şey unudulacaq. Unudulmayan? Olsa-olsa, Sadıqovun «Neftçi»də qalması.
rnrnMüxtəlif dairələrdə və mətbuatın gündəmində olan məsələ onun AFFA-ya prezident təyin edilməsinə hazırlığın getməsidir. Bu ayın sonu, iyunun əvvəlinədək söz-söhbətlər tək qərarla nöqtələnəcək. Federasiya prezidentliyini ona tapşırsalar, PFL-ə nəzarət başqa ələ keçəcək. Kim olacağını dəqiq bilməsəm də, əminliyim var ki, qıraq biri olmayacaq. Sadıqovun adamından biri gələcək. Sənəd üzərində birbaşa AFFA-ya tabe komitələrə gəlincə, şübhə eləmirəm ki, islahat dalğası onları da «vuracaq». Qınına çəkilən Gülağa Cabbarovla «Neftçi»yə yarınmaqdan ötrü sinov gedən Xaqani Məmmədovu tanımamış olmaz. Kamran Ağayev deyib ki, «Neftçi»yə çempionluq kuboku verilən mərasimdə Xaqani klub rəsmilərinin başına dolanıb, sevinclərinə şərik olub, sonadək orda qalıb ki, ağıllarına başqa şey gəlməsin. Kamranın iddiasını ciddiyə almıram. Hakimlər Komitəsinə sədrlik edənin «Xəzər Lənkəran»ın qapıçısının dediklərini təkzib eləməsini də ciddiyə almıram. Xaqaninin atəşfəşanlıqda görünməsinə və ya özünü gözə soxmasına nə gərək var? Mövsümboyu «Neftçi»sevər hakimlərinin etdiyi biabırçı idarəçiliyə göz yummayıb, hələ bir malalamağa çalışıbsa, bu, hər şeydən üstündü.
rnrnSadıqov AFFA-nı nəzarətinə keçirsə, kiçik «fiqurlar»ın hamısını yola salacaq. Elxana - Məmmədova gücü çatacaqmı? Hə, baş katib asan aşırılası zat deyil. İki prezidentlə işləyən üçüncü rəhbərə də yaxınlıq tapar. Elxanın AFFA-ya gəlişi kimi, burda saxlanması da mənə qəribə gəlmir. Arxasında kim dayanıbsa, güclüdü, sözü keçir. Ciddi maliyyə yoxlamalarının getdiyi bu günlərdə baş katib gözə görünmür, kölgədə daldalanır.
rnrnBununla maliyyə yeyintilərinə yol verdiyini, fırıldaqlarının üstünün açıldığını demirəm. Amma heç eşitmədim ki, o, hardasa, hətta özünə yaxın sayt və qəzetlərin birində «Neftçi»ni çempionluq münasibətilə təbrik eləsin. Şübhə yaradan iki əsas da bu tərəfdə gizlənir. Ya özünə məlumdu ki, Sadıqov prezident kreslosuna əyləşsə, istənilən halda onu yanında saxlamayacaq. Ya da bu günədək arxalandığı qüvvənin yeni rəhbərin dönəmində də kənara çəkilməyəcəyinə arxayındı. Biz bilməyən üçüncü səbəb varsa, çox keçməz, AFFA-ya prezident özü olar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |