Rusiyanın idman naziri: "Kapello İtaliya millisini çalışdıra bilməz"

05.09.2013 | 4864 dəfə oxunub

Rusiya Federasiyasının İdman Naziri Vitali Mutko millinin baş məşqçisi Fabio Kapellonun yığmadakı gələcək taleyi haqda danışıb. Stadium.az xəbər verir ki, V.Mutko Kapelloya yeni müqavilə təklif etdiklərini açıqlayıb: "Kapellonun İtaliya millisini çalışdıracağı haqda heç nə eşitməmişəm. Kapellonun adı namizədlər sırasında yoxdur və ola da bilməz. Mən bildiyim qədəri ilə İtaliya millisinin baş məşqçisi postuna Luçano Spaletti və Karlo Ançelotti namizəddir. Fabio Kapello Rusiya millinin baş məşqçisidir və minimum 2014-cü ilə kimi də belə olacaq. Həmçinin biz Kapelloya yeni müqavilə təklif etmişik. Əgər, təklifimizi qəbul etsə, Kapello 2018-ci ilə kimi yığmamızı çalışdıracaq. Hazırda müqavilə üzərində iş gedir və vaxtı çatanda hər şey qaydasında olacaq".

Rusiya mətbuatı isə ölkə prezidenti Vladimir Putinin də Kapellonun yığmadakı fəaliyyətini davam etdirməsinin tərəfdarı olduğunu iddia edir.


 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail