"Rəvan" böyükhesablı qələbəyə sevindi

05.09.2013 | 4813 dəfə oxunub

“Rəvan” həftənin əvvəlindən məşqləri bərpa edib. Stadium.az klubun saytına istinadən xəbər verir ki, "Sumqayıt”la Premyer Liqanın son tur oyunundan sonra 2 gün istirahət edən futbolçular artıq gücləndirilmiş rejimlə məşqlərə başlayıblar. Qrafikə əsasən, baş məşqçi Vladislav Qədirov yetirmələrini gündə 2 məşqə çıxarır. Bugünkü səhər məşqi isə oyunla əvəzlənib. Belə ki, əsas komanda əvəzedicələrlə üz-üzə gəlib. Hər hissədə müxtəlif heyətlərlə çıxış edən əsas komanda əvəzediciləri 4:0 hesabı ilə üstələyib. Qolları ilk yarıda Musa Kabiru (2) və Sebastyan Kastro-Telyo, fasilədən sonra isə Kamil Nurəhmədov vurub.

Qədirov yüngül zədəsi olan Aqil Nəbiyevlə Elvin Həsənəliyev, eləcə də zədəsini sağaltdıqdan sonra fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareadan başqa bütün futbolçuların oynamasına şərait yaradıb.

Qeyd edək ki, “Rəvan” növbəti oyununu sentyabrın 7-də I divizion təmsilçisi "Şahdağ”a qarşı keçirəcək. Saat 18:00-da başlayacaq yoldaşlıq matçı "Bayıl Arena”da baş tutacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail