Respublika stadionunun ot örtüyü dəyişdirildi

05.09.2013 | 5171 dəfə oxunub

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenilənib. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, meydanın 70 faizədək hissəsinə yeni örtük döşənib, qalan bölümünə isə toxum səpilib. İsmayılov yaxın 10 gün ərzində meydanın oyun keçirmək üçün hazır vəziyyətdə olacağını açıqlayıb. Direktor bildirib ki, “Qarabağ” komandası sentyabrın 21-də Topaz Premyer Liqasının VII tur matçında “Simurq”u məhz bu arenada qəbul edə biləcək. Qeyd edək ki, Respublika stadionunun ot örtüyündə bir müddət öncə problemlər yaranmağa başlamışdı. “Qarabağ”ın futbolçuları avqustun 22-də Almaniya “Ayntraxt”ı ilə Avropa Liqasının ilk “pley-off” matçında 0:2 hesablı məğlubiyyətə səbəblərdən biri kimi meydanın vəziyyətini də göstərmişdilər. Ağdam təmsilçisi Premyer Liqada “Xəzər Lənkəran” və AZAL-la son 2 ev oyununu “Bakcell Arena”da keçirməli olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail