"Qarabağ"a mübarizəsiz təslim olmaq niyyətimiz yoxdur"
Azərbaycan Premyer Liqasına uğursuz start verən "Rəvan” 5-ci turda "Sumqayıt” üzərində qələbə qazanmaqla "qara zolaq”dan çıxıb. Stadium.az xəbər verir ki, ilk qələbənin əldə olunmasında əsas pay sahiblərindən biri də yeganə qolun müəllifi Kamil Nurəhmədov olub. Klub tarixinə "Rəvan” forması ilə Premyer Liqada fərqlənən 23-cü futbolçu kimi düşən "11” nömrə axşam məşqindən öncə klubun rəsmi saytına danışıb: "Bu qələbəyə böyük ehtiyacımız var idi. Çünki ardıcıl uğursuzluqlar futbolçuların psixoloji durumuna da mənfi təsir göstərirdi. Bu uğursuz gedişə "dur” deməyin vaxtı çatmışdı. Şükürlər olsun ki, Sumqayıtda ilk qələbimizi bayram etdik. Qolu kimin vurmağı önəmli deyil, əsas olan qələbə idi ki, buna da nail olduq”.
Kamil
"Rəvan” forması ilə vurduğu ilk qolu isə belə təsvir edib:
"Əks-hücuma çıxarkən qarşımda boş sahənin olduğunu gördüm və irəli
şığıdım. Fərdi bacarığı ilə rəqiblərdən sıyrılan Sebastyandan ötürmə aldıqdan
sonra fikrim yalnız dəqiq zərbə vurmağa yönəlmişdi. Qapıçı irəli çıxdığından
bir hərəkətlə onu çaşdırdım və yerə uzanmasına nail oldum. Ardından topun
altından vuraraq onu tora göndərdim”.
Komandanın
yayda heyətinə qatdığı futbolçu ilk qolunun ona mənəvi dəstək olacağını
düşünür: "Rəvan”da ilk qolumu vurdum. Ümid edirəm ki, bu tempdə də davam
edəcəm. Çoxdan oynamadığımdan hələ oyun təcrübəsi baxımından bəzi problemlər
yaşayıram. Bunu yoluna qoyduqdan sonra daha yaxşı çıxış edəcəm. Məşqçilərin
etimadını qazanacağıma inanıram. Məşqlərdə var qüvvəmlə çalışıb optimal formaya
düşmək niyyətindəyəm”.
22 yaşlı
futbolçu sonda "Qarabağ” ilə növbəti tur oyununa toxunub: "Rəqibin
gücü bəllidir. Bizi çox çətin oyun gözləyir. Amma mübarizəsiz təslim olmaq niyyətimiz
də yoxdur. Sona qədər döyüşəcəyik. AZAL göstərdi ki, bu komandaya qarşı oynamaq
olar. Biz də əlimizdən gələnin ən yaxşısını edib "Sumqayıt”la matçdakı qələbənin
təsadüf olmadığını göstərməyə çalışacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |