Ramin Musayev: “Qanun hamı üçündür”

05.09.2013 | 4764 dəfə oxunub

Futbol üzrə Azərbaycan I Divizionunun 2013/2014-cü il mövsümünün püşkü atılıb. Tədbirdə iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib:

“İlk öncə hamınızı salamlayıram, hər bir komandaya yeni mövsümdə uğurlar arzulayıram. Hər mövsüm iki komandanın Premyer Liqaya yüksələcəyi nəzərdə tutulurdu, təəssüf ki, son mövsümlərdə bu alınmırdı. Yeni mövsümdən etibarən I Divizionun qalibi olan komanda Premyer Liqaya yüksələcək. 5-6 komanda Premyer Liqaya yüksəlməyə iddialıdır. Lakin komandaların müvafiq sənədləri qaydasında olmazsa, 1-ci yeri tutsa belə Premyer Liqaya buraxılmayacaqlar. Bəzən klublar lisenziyalaşma qaydalarına barmaqarası baxır, amma qanun hamı üçündür.

Premyer Liqada artıq 5 tur geride qalib, gərgin və maraqlı oyunlar kecir. Çempionat gərgin və maraqlı keçirsə, bu, futbolun inkişafından xəbər verir. İnanıram ki, I Divizionda da komandalar arasında gərgin mübarizə gedəcək. Yarışların keçirilmə qaydalarına əsasən yeni mövsümdən etibarən hər bir komandada 6 nəfər yerli 21 yaşa qədər oyunçu start heyətdə meydana çıxmalıdır. Bundan əlavə I Divizion oyunlarında komandalar 5 əvəzetmədən istifadə edə bilər. Bu, gənc oyunçulara özünü göstərmək imkanı yaradacaq. Düşünürəm ki, yeni əsasnamə ilə bağlı çətinlik olmayacaq. Ötən mövsüm I Divizionun bir neçə oyunu canlı yayımlandı, bu mövsümdə də canlı yayımlar davam edəcək. Maraqlı oyunların sayı çox olduqca canlı yayımların da sayının çoxalmasına çalışacağam. Hər bir komanda bizim üçün əzizdir, calişacağıq ki, oyunlar ədalətli keçirilsin.

“İçəri şəhər” komandasının I Divizionnda iştirakını biz də istəyirdik, lakin klubun sənədlərində müəyyən problemlər olduğu üçün bu alınmadı. Premyer Liqada mövsüm yeni başlayıb, hakim səhvləri də olub, əsas odur ki, bu səhvlər qərəzli olmasin. İldə iki dəfə hakimlərin ölkə xarcində toplanışları təşkil olunur. Bu şəraiti yaratdığına görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə təşəkkürümü bildirirəm. Postsovet məkanından ilk dəfə olaraq hakimlər üçün toplanışlar təşkil olunub. Toplanışda olan KİV nümayəndələri də gördülər ki, hakimlərimiz hansı qrafiklə məşq edirlər, oyunlarda hakimlik edirlər. Xarici klublar da yoxlama oyunlarını bizim hakimlərin idarə etməsini istəyirlər. Azərbaycan Super Kuboku uğrunda oyunun Türkiyədə keçirilməsi üçün yerli Futbol Federasiyası buna razılıq verməlidir. PFL olaraq, Super Kubok oyunu üçün tam hazırıq. Lakin nəzərə almaq lazımdır ki, komandalar azarkeşlər önündə daha yaxşı oynayır. I Divizionda çempion olmuş komandanın sənədləri qaydasında olmazsa, Premyer Liqaya həmin komandadan sonrakı yeri tutmuş komanda yüksələcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail