"Qarabağ"ın rəqibi ermənilərin "zibilinə" düşdü

07.09.2013 | 5461 dəfə oxunub

Polşanın “Piast” klubu azarkeşlərinin “Qarabağ”la Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündəki yolverilməz davranışları cəzasız qalmayıb. Stadium.az Lent.az-a istinadən xəbər verir ki, UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələyib.
Qurumun rəsmi açıqlamasında bildirilib ki, görüş zamanı yerli fanatlar rasist hərəkətlərə yol verərək, irqçi banner nümayiş etdiriblər. İntizam Komitəsi “Piast”ı cərimələməklə yanaşı, kluba məxsus stadionda “Ultras” fanat qrupunun yer aldığı hissəni də bağlayıb.

“Qarabağ”la oyun zamanı “Piast” azarkeşləri Dağlıq Qarabağdakı erməni icmasının saxta bayrağını nümayiş etdirib.
Onlar həm də Ağdam komandasının qaradərili futbolçularını irqçi şüarlarla təhqir ediblər.
“Qarabağ” rəsmilərinin UEFA nümayəndəsinə şikayətindən sonra separatçıların bayrağı yığışdırılıb.
Oyunun əsas vaxtı “Piast”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Əlavə vaxtda isə “Qarabağ” hesabı bərabərləşdirərək, iki oyunun cəmində mərhələ adlayıb.
Azarkeşlərinin rasist davranışı və irqçi banner açmaları üzündən Polşanın “Lex” klubuna da eyni məbləğdə cərimə və analoji cəza kəsilib. Poznan komandasının fanatları avqustun 8-də Litva “Jalgiris”i ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə belə hərəkətlərə yol veriblər. Macarıstanın “Honved” klubu isə daha ağır cəzaya məruz qalıb. Klubun fanatları Serbiya “Voyvodina”sı ilə həm ilk, həm də cavab matçında rasist hərəkətlər edərək, irqçi mahnılar oxuyublar. UEFA İntizam Komitəsi “Honved”ə qarşı 22 avqust 2008-ci ildə kəsdiyi şərti cəzanı da qüvvəyə mindirərək, komandanın Avropa kuboklarında növbəti 2 ev oyununu bağlı qapılar arxasında keçirməsinə və 50 min avro cərimələnməsinə qərar verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail