"Simurq" "Metallurq"la qarşılaşacaq

08.09.2013 | 4385 dəfə oxunub

Gürcüstandan təlim-məşq toplanışında olan “Simurq” hazırlıq praqramına uyğun olaraq dünən iki məşqə çıxıb. Stadium.az xəbər verir ki, səhər çalışması üçün Tiflisin Çxneti qəsəbəsində yerləşən meşəlik əraziyə gedən komanda burada fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinləri yerinə yetirib. Əvvəlcə kross qaçan “sarı-qaralar” bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında müxtəlif səpkili fiziki təmrinləri yerinə yetirərək, səhər məşqini başa vurub.

Axşam hazırlığı isə əsasən toplu çalışmalardan ibarət olub. Məşqçilər korpusu qısa isinmə hərəkətlərindən sonra futbolçular arasında qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış təmrinlər verib. Məşqin əsas hissəsində isə baş məşqçi Georgi Çixradzenin nəzarəti altında taktiki hazırlığa keçilib. İki qrupa bölünərək qısa ötürmələrdən sonra qapıya zərbələr yerinə yetirilib və müxtəlif taktiki hazırlığın artırılmasından ibarət təmrinlər yerinə yetirilib. "Simurq" qonşu ölkədə təşkil edilən təlim-məşq toplanışı çərçivəsində bir yoxlama görüşündə gücünü sınaqdan keçirəcək. “Simurq” sentyabrın 9-da, Bakı vaxtı ilə saat 18:00-da, Rustavi təmsilçisi “Metallurq”la üz-üzə gələcək. Qarşılaşma paytaxtın “Lokomotiv” klubunun təlim-məşq bazasında keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail