”Xəzər Lənkəran” hazırlığını davam etdirir

11.09.2013 | 4007 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində “Bakı”nı doğma meydanında qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qısamüddətli Qəbələ toplanışından sonra Lənkərandakı bazasında toplaşan komanda artıq üç gündür ki, “Bakı” ilə oyunun hazırlığına başlayıb. Milli komandaların oyunu ilə əlaqədar komandanın düşərgəsindən ayrılan futbolçular Nikola Qliqorov istisna olmaqla geri qayıdaraq məşqlərdə iştirak edirlər. Makedoniyalı futbolçu isə dünən ölkəsinin DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu olduğundan sabahdan “Xəzər Lənkəran”a qoşulacaq. “Xəzər Lənkəran”ın gənc forvardı Elnur Cəfərov isə yenidən U-17 düşərgəsinə toplanışa çağrılıb. Gündə iki dəfə ehtiyat meydanda keçirilən məşqlər aramsız yağan yağışa rəğmən davam etdirilir və komanda zədəli futbolçu olmadan tam heyətlə hazırlığını sürdürür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail