Tayson yarım milyon dollara vətəndaşlığını dəyişdi

11.09.2013 | 4459 dəfə oxunub

Donetskin “Şaxtyor” klubu braziliyalı futbolçu Taysonu Ukrayna vətəndaşlığını qəbul etməyə razı salıb. Lent.az-ın “Ua.tribuna.com”a istinadən məlumatına görə, vətəndaşlığını dəyişdirməsi qarşılığında 25 yaşlı yarımmüdafiəçiyə 500 min dollar bonus ödəniləcək. Tayson Ukrayna pasportu aldıqdan sonra legioner sayılmayacaq. Hazırkı qaydalara əsasən, ölkə çempionatının oyunları zamanı meydanda 7-dən çox əcnəbi futbolçu ola bilməz. Bundan əlavə, Tayson Braziliya yığmasında oynamadığından, Ukrayna milli komandasında çıxış edə bilər. Artıq bu komandada daha bir “sambaçı” - “Metallist”in 2011-ci ildə milliləşdirilmiş yarımmüdafiəçisi Edmar da “sarı-göy” forma geyinir və 6 dəfə meydanda olub. “Şaxtyor”un daha bir braziliyalısı Luis Adriano da Ukrayna vətəndaşlığı almaq arzusundadır. 

Qeyd edək ki, Tayson Barselyos Freda Donetsk komandasına yanvardan “Metallist”dən 15,24 milyon avroya keçib. O, karyerasına Braziliya “İnternasyonal”ında başlayıb və 2010-cu ilin avqustunda Xarkov komandasına transfer olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail