Bahadır Nasimov: "Artıq bununla barışmalıyıq"

13.09.2013 | 6212 dəfə oxunub

Özbəkistan millisi DÇ-2014-ə getmək üçün yaxşı şans qazansa da, bunu boşa verdi. Stadium.az xəbər verir ki, Asia təmsilçisi bunun üçün əvvəlcə İordaniya ilə play-off oynamalı idi. Bu komandaların ilk oyunu İordaniyada baş tutmuşdu. Qeydə alınan 1:1 hesabından sonra Özbəkistanın evdə daha yaxşı nəticə qazanıb DÇ-ya getmək üçün şansı əldən verməyəcəyi gözlənilirdi. Amma cavab oyununda da 161 hesabı qeydə alındı və uzatmalarda da qol olmayınca penaltilər seriyasında qonaqlar üstünlük qazanaraq özbəklərin arzusunu gözündə qoydu. Bu oyuna start heyətində çıxıb ikinci yarıda əvəzlənən "Neftçi"nin hücumçusu Bahadır Nasimov DÇ şanslarını əldən vermələri barədə fikirlərini əməkdaşımızla bölüşüb: "Hesabda önə keçmişdik, hər şey yaxşı gedirdi. Özüdə erkən qol vurmuşduq, ancaq ilk yarının sonlarına yaxın qol buraxdıq. Bundan sonra hesabda mütləq önə keçməli idik. Yaxşı şansımızda oldu, amma komanda yoldaşlarım bunları dəyərləndirə bilmədi. Təəssüflər olsun ki, penaltilərdə uduzduq və belə bir şansı əldən verdik. Bunu çox isdəyirdik, amma neyləyək, artıq bununla barışmalıyıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail