Nizami Hacıyev: "Bu onların gücündən xəbər verir"

13.09.2013 | 4637 dəfə oxunub

"Fasilənin ilk 5 gününü istirahət etdik. Daha sonra məşqlərimiz başladı. Əsasən fiziki hazırlığa üstünlük verdik. Gündəlik iki məşqimiz oldu. Bu bizim fiziki formamızı bərpa etməyimiz üçün vacib idi. Komanda olaraq fasiləni gözəl dəyərləndirdiyimizi deyə bilərəm". Stadium.az xəbər verir ki, bu sözləri Premyer Liqanın VI turu çərçivəsində baş tutacaq AZAL - "Qəbələ" matçı öncəsi "qırmızı-qaraların" yarımmüdafiəçisi Nizami Hacıyev söyləyib. O, AZAL-ın güclü komanda olduğunu, lakin "Qəbələ"nin rəqibdən çəkinmədiyini deyib: "AZAL 5 turdan sonra turnir cədvəlinə rəhbərlik edir. Bu onların gücündən xəbər verir. Çox intizamlı komandadır. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirirlər, oyun distiplinini sona qədər qoruyurlar. Amma bizim də öz oyun üslübumuz var. Əgər məşqçimizin istəklərini sona qədər yerinə yetirə bilsək, öz oyunumuzu rəqibə diktə etməyi bacarsaq, paytaxtdan istədiyimiz nəticə ilə dönəcəyik. Komandamızda bu potensial var. Yalnız qələbəni düşünürük. Əgər çempionluq qazanmaq istəyiriksə, hər oyunda qələbə uğrunda mübarizə aparmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail