“Dənizlispor” adını dəyişir

13.09.2013 | 4006 dəfə oxunub

Həmyerlilərimiz Arif İsayevlə Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor” adını satışa çıxartmaq məcburiyyətində qalıb. Stadium.az xəbər verir ki, I divizionda mübarizə aparan və ciddi maliyyə sıxıntısı yaşayan klub bu yolla borclarının bir qismini qarşılamağı düşünür. Artıq bunun üçün real namizəd də var. Dənizli təmsilçisinin rəsmilər sponsorluq anlaşması üçün Tekden xəstəxanasına müraciət ediblər.

Klubun mətbuat xidmətinin rəhbəri Yasin Özbək yerli mətbuata açıqlamasında tibb müəssisəsi ilə anlaşmağa yaxın olduqlarını bildirib: “Razılığa gələ bilsək, “Tekden Dənizlispor” olacağıq. Buradan əldə edəcəyimiz vəsaitlə borclarımızı yüngülləşdirəcəyik”.

Qeyd edək ki, “Dənizlispor” növbəti oyununu sabah keçirəcək. İsayevlə Yunisoğlunun komandası IV tur çərçivəsində “Samsunspor”u qonaq edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail