Millimizin keçmiş üzvü rəsmən Serbiya klubunda

13.09.2013 | 3644 dəfə oxunub

Serbiyanın "Sloboda Sevoyna" klubu yeni transferi olan Azərbaycan millisinin sabiq futbolçusu Murad Hüseynovun təqdimat mərasimini keçirib. Stadium.az xəbər verir ki, artıq sabah Belqrad təmsilçisində debüt etmək imkanı olan 24 yaşlı milliləşən rusiyalı komandasının “Partizan”la ev oyununda meydana çıxa bilər. Ölkəmizdə “Qəbələ” və “Sumqayıt”da çıxış etmiş legioner təqdimat mərasimindəki çıxışı zamanı vaxtilə Serbiyada da oynadığını xatırladıb: “Bilirəm ki, “Sloboda Sevoyna” iddialı klubdu. Avrokuboklarda çıxış edir. Mənim Serbiyada oynamaq üzrə müəyyən təcrübəm var. 2 il əvvəl “Mladost”da oynamışam. Yeni klubumda əlimdən gələn hər şeyi edəcəyəm ki, mənə göstərilən etimadı doğruldum”.

Qeyd edək ki, "Sloboda Sevoyna" klubu cari mövsümə uğursuz start verib. Komanda keçirdiyi 4 oyunda qələbəyə həsrət qalaraq, cəmi 2 xal toplayıb və 16 komanda arasında 14-cü pillədə qərarlaşıb. Son turda komanda səfərdə "Radniçki Niş"ə 0:2 hesabı ilə uduzub. Ötən mövsüm komanda beşinci yeri tutmuşdu. Komanda dördüncü olan "Yaqodina"dan 5 xal geri qalaraq, Avroliqaya yüksələ bilməmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail