Subotiç: "Əsas odur ki, qol komandamızın işinə yaradı"

16.09.2013 | 5055 dəfə oxunub

"İlk qolumu vurdum. Sevindirici haldır ki, bu debüt oyunumda baş verdi. Amma ən əsası odur ki, qol komandamızın işinə yaradı, qələbə qazandıq. İlk oyuna çıxmaq həmişə çətin oyun olur. Mənim kimi uzun zamandır futbol oynamayan birisi üçün bu ikiqat çətin və məsuliyyətlidir. Son rəsmi oyunumu may ayında keçirmişdim. Artıq futbolsuz günlərim arxada qaldı. Düşünürəm ki, debütüm normal alındı". Stadium.az xəbər verir ki, bu sözləri AZAL - "Qəbələ" matçının ardından qarşılaşmada debüt edən və qələbə qoluna imza atan Daniel Subotiç deyib. İsveçrə vətəndaşlığını daşıyan hücumçu klubun rəsmi saytına verdiyi açıqlamada növbəti oyunlarda da komandasına yararlı olacağına inandığını bildirib. Futbolçu qol anından danışmağı da unutmayıb: "Qol epizodunda öncə başla oynamağı düşündüm. Amma son anda fikrimi dəyişdim, topu sinəmlə ram etdim və zərbə vurdum. Pis alınmadı. İlk oyundaca 90 dəqiqə meydançada olmaq çətindir. Bunun üçün yüksək fiziki hazırlıq gərəklidir. Oyuna yaxşı hazırlaşmışdıq. Amma düşünürəm ki, öz üzərimdə hələ çox işləməliyəm. Növbəti oyunlarda da qollarımı davam etdirəcəyimə və komandama yararlı olacağıma inanıram".

Xatırladaq ki,  24 yaşlı hücumçu klubun 160-cı futbolçusu kimi tarixə düşdü. O, bu siyahıda milliləşənlər də daxil olmaqla 74-cü legioner oldu ki, bu oyunçular da 28 ölkəni təmsil edir. Subotiçin vurduğu qələbə qolu “Qəbələ”nin tarixi ərzində rəqib meydanlarında vurulan 150-ci - yubiley qolu oldu. 135-ci səfər oyununda 150-yə çatan “qırmızı-qaralar”  26 dəfə I dəstədə, 17 dəfə kubokda, 107 dəfə Premyer Liqada fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail