"Qəbələ" "Real", "Yuventus", "Ayaks" və "Barselona" ilə eyni turnirdə

16.09.2013 | 6247 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyası 2013-2014 mövsümünün ilk səfərini gerçəkləşdirməyə hazırlaşır. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 14 yaşa qədər futbolçulardan ibarət komandamız sentyabrın 18-dən 23-dək İspaniyanın paytaxtı Madriddə dünyanın tanınmış klublarının iştirakı ilə təşkil olunacaq ənənəvi beynəlxaq turnirdə çıxış edəcək. Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan turnirdə 13 ölkənin 24 komandası 4 qrupda mübarizə aparacaq. "Qəbələ" turnirə ev sahibliyi edən Madrid "Real"ı ilə eyni qrupda yer alıb. Oyunlar “San Roke” (1-ci qrup), “Alkobendas”, “Kanilyas” və “San Sebastyan” stadionlarında keçiriləcək. Komanda Madriddə dördulduzlu “Amura” otelində məskunlaşacaq və sentyabrın 19-da ilk məşqinə çıxacaq. İspaniyaya yollanacaq nümayəndə heyətinə “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fıçıcı, məşqçilər Sərdar Qafarov, Uğur Kurt, həkim İlkin İslamov, inzibatçı Elşən Səmədli və 18 futbolçu daxil ediləcək. Qeyd edək ki, futbolçularımız Madriddə olduğu günlərdə “Real Madrid” - “Xetafe” oyununu stadionda izləmək imkanına malik olacaqlar. "Qəbələ" İspaniyaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

Qapıçılar: Murad Cəfərov, Fərman Bayramov

Müdafiəçilər: Vüsal Məsimov, Fəqan Məsimov, İzzət Müştaqov, Arsen Ağcabəyov,  Bəşir Aylarov

Yarımmüdafiəçilər: Nizami Səmədov, Tolqar Yaqubov, Samir Ağakişiyev, Davud Mahmudov, Rəşid Manafov, Fikrət Tağıyev, Rəşad Tağıyev, Elcan Hafizli

Hücumçular: Məhəmməd Abbaslı, Təbriz İsazadə, Kamran Quliyev.

Turnir iştirakçıları aşağıdakı qruplarda mübarizə aparacaqlar:

I Qrup

"Qəbələ"

"Real" (Madrid, İspaniya)

Los Anceles Akademiyası (ABŞ)

“Akademika Koimbra” (Portuqaliya)

“Jef Yunayted” (Yaponiya)

“IFK Stoksund” (İsveç)

II Qrup

“Ayaks” (Hollandiya)

“Verder” (Almaniya)

“Atletiko” (Madrid, İspaniya)

“Brommapoykarna” (İsveç)

“Çivas” (ABŞ)

“Alkobendas” (İspaniya)

III Qrup

“Yuventus” (İtaliya)

“Kombinado” (Marsel, Fransa)

“Fillinqsdalen” (Norveç)

“Den Haaq” (Hollandiya)

“Şandonq Lusenq” (Çin)

“Kanilyas” (İspaniya)

IV Qrup

“Barselona” (İspaniya)

“Fulhem (İngiltərə)

“Kapillan Pallo” (Finlandiya)

“Straykers” Akademiyası (ABŞ)

AİK (İsveç)

“Sans” (İspaniya)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail