Qədirov 100-ə çatdı

16.09.2013 | 4236 dəfə oxunub

Premyer Liqanın 6-ci turunun "Rəvan” - "Qarabağ” oyunu ikincilərin baş məşqçisi Valdislav Qədirov üçün yubiley ilə əlamətdar olub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı çalışdırıcı peşəkar məşqçilik karyerasında 100-cü görüşünə çıxdı. Ümumiyyətlə, bu 100 oyunda baş məşqçi 44 qələbə əldə edib, 39 dəfə isə məğlub olub. Qalan 17 görüşdə isə heç-heçə qeydə alınıb. Qədirovun sırf "Rəvan”da 45-ci oyununu keçirdiyini də bildirək. Yubileyi "sülh” ilə qeyd edən "sükan sahibi” komandada 26 qələbə əldə edibsə, 10 matçda yenilgiyə üzülüb. "Rəvan”ı 2011-ci ildə Premyer Liqaya çıxaran mütəxəssis komandadakı digər 9 görüşdə heç-heçəyə şahidlik edib ki, bunlardan da sonuncusu "Qarabağ” ilə son tur matçına təsadüf etdi.

Yubilyar məsələ ilə bağlı klubun rəsmi saytına danışıb: "100 oyun həddinə çatdığıma görə şadam. Özü də yubiley oyununda ölkənin ən güclü klublarından olan "Qarabağ” ilə görüşdük və onlardan xal aldıq. Əlbəətə, qələbə qazansaydıq, daha möhtəşəm olardı. Lakin 1 xalla kifayətlənməli olduq. Əsas odur ki, uşaqlar artıq hər oyunda döyüşür, sona qədər mübarizə aparır. Mənə gəlincə, çalışacam ki, komandam oyunu ilə qəlblərə yol tapsın, sayılıb-seçilən kollektivə çevrilsin. Hər keçən oyunda inkişafın olduğunu hiss edirəm. Ümid edirəm ki, bu artan qrafiki qoruyacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail