Mbilla üçün ilk, ”Xəzər Lənkəran” üçün 400-cü qol

16.09.2013 | 5330 dəfə oxunub

Premyer Liqanın VI turunun “Bakı” ilə ev oyunu (2:1) “Xəzər Lənkəran” üçün əlamətdar olub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 27-ci dəqiqəsində hesabı bərabərləşdirən Mbilla Etame komandanın milli çempionatlarda 400-cü qolunu vurub. 2004-cü ildə yaranan, elə həmin il Premyer Liqada debüt edən “ağ-yaşıllar” yubiley qolunu 27-ci qarşılaşmasında vurub. Bundan əvvəlki 4 görüşdə rəqib qapısına yol tapa bilməyən "Xəzər Lənkəran" Premyer Liqanın ilk turundan sonrakı qol həsrətini “400”ə çatmaqla qırıb. Belə ki, avqustun 4-də “Sumqayıt”la səfər qarşılaşmasında fərqlənən Junior Nildodan sonra komanda çempionatda azarkeşlərinə qol sevinci yaşatmamışdı. 41 gündən sonra vurulan qol isə həm yubiley, həm də ilk xarakteri daşıdı. “Xəzər Lənkəran”da qol hesabını açan Mbilla klub tarixində qol sevinci yaşayan 83-cü, bunu çempionatda reallaşdıran 76-cı futbolçu olub. Bu oyunçulardan başqa rəqiblərin də öz qapısına qol vurmaqları qeydə alınıb. İkinci hissədə Mbilla 2-ci dəfə fərqlənməklə klub tarixində çempionat qollarının sayını 401-ə də çatdırmağa nail oldu. Bu qollardan 230-u evdə, 170-i səfərdə, 1-i isə “Qızıl oyun”un keçirildiyi neytral meydanda - Gəncədə vurulub.

Etame “Xəzər Lənkəran”ın heyətində dubl müəllifi olan 36-cı futbolçu kimi tarixə düşdü. Bu dubl klub tarixində ümumilikdə 67-ci belə hadisədir. Sonuncu belə dubl martın 3-də, ötən çempionatın XXIII turunun “Sumqayıt”la oyununda qeydə alınmışdı. Roberto Alviz 2 penaltini dəqiq yerinə yetirməklə dubl rəsmiləşdirmişdi.

Çempionatdakı yubiley qolları

 

1. 07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1 Çöri İlir, 26

50. 03.05.2005 “Xəzər Lənkəran” – “Ədliyyə” – 6:1 Martin Stankov, 36

100. 29.09.2006 “Gənclərbirliyi” – Xəzər Lənkəran“ – 0:3 İlqar Qurbanov, 8

150. 02.09.2007 ABN – “Xəzər Lənkəran” – 0:4 Zaur Ramazanov, 14-p.

200. 26.09.2008 MOİK - “Xəzər Lənkəran” – 0:4 İvan Svetkov, 34-p.

250. 29.11.2009 “Bakı” - “Xəzər Lənkəran” – 0:3 İvan Svetkov, 57-p.

300. 20.02.2010 “Xəzər Lənkəran” – AZAL – 2:1 Elnur Abdullayev, 45+2

350. 01.04.2012 “Xəzər Lənkəran” – “İnter” – 2:0 Eder Bonfim, 90+2

400. 14.09.2013. “Xəzər Lənkəran” – “Bakı” – 2:1 Etame Mbilla, 27

Qeyd edək ki, texniki qələbə üçün verilən 3:0 hesablı nəticə top sayında nəzərə alınmır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail