Fərrux İsmayılov: “Məşqlərə cırıq ayaqqabı ilə gedirdim” Müsahibə
"Mən futbolçu olanda...” rubrikasının bu dəfəki qonağı yaxın keçmişimizin tanınmış futbolçusu, millimizin keçmiş üzvü və hazırda “Rəvan”da məşqçi kimi çalışan Fərrux İsmayılovdu. Düzü Fərruxla 2 həftə əvvəl, onun ad günü ərəfəsində görüşmək istəyirdim. Amma müəyyən səbəblər üzündən görüşümüz alınmadı. Bir qədər gec olsa da onunla söhbətimizi təqdim edirəm. Daha doğrusu Fərruxun öz dilindən “mən futbolçu olanda...”
Qısa tanışlıq
Fərrux İsmayılov – 1978-ci avqustun 30-da Qərbi Azərbaycanın Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub. Futbolda ilk addımlarını “Ehtiyat Əmək Qüvvələri” cəmiyyətində Hüseyn İsmayılovun rəhbərliyi altında atıb. 1996-2010-cu illərdə müxtəlif vaxtlarda “Dinamo”, “Neftçi”, “Karvan”, “Qarabağ”, “Olimpik”, “Qəbələ”, “Muğan”,
“Volın” (Ukrayna), “Sanat Naft” (İran)
komandalıranda çıxış edib, 100-ə yaxın qolun müəllifi olub. Yığma komandamızda 35 oyunda forma geyinib, 5 dəfə fərqlənib. Ailəlidi, 2 qızı,
1 oğlu var.
Uşaqlıq illəri...
Ermənistanın Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olmuşam. Atam keçmiş futbolçu olub. 80-ci illərdə Gəncənin “Dinamo” komandasında oynayıb. Bəlkə də
futbol qanımızda var. Uşaq vaxtlarından futbola hədsiz həvəsim var idi. 4-cü
sinifə kimi kəndimizdə təhsil almışam. O vaxt hər məktəbin, hər sinifin komandası var idi. Hətta bir dəfə komandamız rayon birinciliyində ikinci yeri də tutub. Yaxşı yadımdadı, həmin oyunda erməni məktəbinə qarşı oynayırdıq. Əsas vaxt
1:1 hesabı ilə başa çatmışdı. Oyunsonrası penaltilərdən uduzduq.
Komandanın kapitanı idim, penaltini də
mən vura bilməmişdim. Lap Bacco kimi (gülür).
Bütün günümüz məktəbin stadionunda keçirdi. Hətta elə olurdu ki, dərsdən evə getmirdik, birbaşa futbol oynamağa qaçırdıq. Stadion kəndimizdən bir qədər aralı idi. Kimsə evdən yeməyə nəsə gətirirdisə, onu bir neçə yerə bölüb toxtanırdıq. Suyu arxdan içirdik. Tərli köynəyimizdən süzüb. Birə onda ayılırdıq ki, şər qarışıb. Evə məcburiyyət qarşısında gedirdik. Qaranlıqda oynamaq olmurdu axı...
Kəndimizdə stadiona cavabdeh olan Aydın adında bir nəfər var idi. Hərdən bizə top verirdi. Amma havayı yox. Kəndlər arasında oyun olurdu – stadionu çızlayırdıq, qapının torunu salırdıq. Bir sözlə zəhmətimizin qarşılığında bizə top verirdi. Həmin topla xeyli futbol oynayırdıq. Çırılanda isə əlacımız qalmırdı. Ya tikməli,
ya da yenidən Aydına ağız açmalı idik.
Məktəbdə ən yaxşı komanda biz və Atəşgilin (Atəş Sultanov
– keçmiş idman jurnalisti- red.) komandası hesab olunurdu. Onlar bizdən yaşca böyük olmalarına baxmayaraq, çox vaxt uduzurdular. Bir dəfə sözü bir yerə qoyub qərara gəldik ki, əsl futbolçular kimi özümüzə forma alaq. Rayon mərkəzinə gedib forma tapdıq. Dayım kənd klubunda işləyirdi. Gecə vaxtı klubun nəfəsliyindən içəri keçib köynəklərin arxasına rəqəmlər yazmışdıq. Səhəri gün təsəvvür etməzsiniz ki, nə
qədər sevinirdik. Özümüzü əsl futbolçu kimi hesab edirdik. Bəs necə,
nömrəli köynəklərimiz vardı.
və köçkün həyatı haqqında
Ermənilərlə münaqişə başlayanda hamı kimi bizim ailə də ev-eşiyimizdən didərgin düşdü və Tovuzun Girzan kəndində məskunlaşdıq. Yarım il
orada qaldıq. Tovuzda da dinc durmurduq. Kənd uşaqlarını yığıb futbol oynamağa aparırdıq. Hətta bir dəfə futbol oynayarkən zəlzələ baş verdi. Torpaq elə bil ayağımızın altından qaçırdı. Sonra Bakıdan ev aldıq və köçdük paytaxta. İlk vaxtlar maddi vəziyyətimiz həddən artıq pis idi. Elə olurdu ki, məktəbə, ya
da məşqə altlığı qopmuş ayaqqabı ilə, özü də pay-piyada gedirdim.
Metroya verməyə belə pul yox idi. Köçkün düşməyimizə baxmayaraq, futbola olan həvəsim ölməmişdi. Məhləmizdə bir oğlan dedi ki, yaxınlıqdakı stadionda futbol komandası var. Həmin stadion indiki “Sarı gəlin” şadlıq evinin yerində yerləşirdi. Evdən narazılıq etdilər ki, yolpulu, ora veriləsi
3 rubl pulumuz yoxdu. Həqiqətən də
yox idi. Buna baxmayaraq, başladım məşqlərə getməyə. Hüseyn İsmayılovla ilk tanışdığım o vaxtdan başlayıb. Çox gözəl insan idi, həm də
uşaq psixologiyasına yaxşı bələdiydi. Həmin məşq etdiyimiz stadion asfaltdan idi. İndiki kimi şərait yox idi. Məşqə gedib-gəlmək bir yana, Hüseyn müəllimə verməli olduğum 3 manatı haradan tapacağımı bilmirdim. Məcbur olub işləməyə başladım. Səhər dərsə,
oradan isə məşqə gedirdim. İşə düzəlmişdim – avtomobil dayanacağında közətçinin köməkçisi kimi. Gecələr isə orada işləyirdim. Qazancım ancaq futbolun pulunu düzəltməyə çatırdı. Sonradan atam bildi və işdən çıxartdı. Dedi ki, lazım deyil sənin qazancın, pulu özüm birtəhər verərəm.
“Məni Hüseyn müəllim futbolçu eləyib”
Bir ara futboldan uzaq duşmuşdum. Uşaqları Orenburqa – turnirə getmişdilər. Məni aparmadılar. Hüseyn müəllimdən incik düşdüm. Başladım karate ilə məşğul olmağa. Pis də döyüşmürdüm. Hətta bir dəfə hansısa birincilikdə 2-ci yeri də tutmuşdum. Üstündən xeyli vaxt keçəndən sonra hiss etdim ki, atam yenidən futbola qayıtmağımı istəyir. Düzü əvvəl onu başa duşə bilmədim. Amma sonradan aydın oldu ki, rəhmətlik Hüseyn müəllim təsadüfən atamla qarşılaşıb və mənim futbola qayıtmağımı istəyib. Nə isə... Qayıtdım futbola. Həmişə demişəm, Allah Hüseyn müəllimə rəhmət eləsin. O olmasaydı, indi kim bilir axırım necə olacaqdı. Məni futbolçu eləyən, bu səviyyəyə çatdıran Hüseyn müəllim olub.
Peşəkar futbolda ilk addımları
İlk klubum
“Naxçıvan” olub. Hüseyn müəllim yaratmışdı. Adına ona gərə belə qoymuşdu ki, bəlkə naxçıvanlı iş adamları kömək göstərələr. Amma köməklik demək olar ki, yox dərəcəsində idi. Komanda 1-ci dəstədə çıxış edirdi. Çox gözəl heyətimiz vardı. Əsasən 16-17 yaşlı futbolçulardan qurulmuşdu. Sonradan uşaqların əsgərlik yaşı çatdığına görə komandanın adını dəyişib “Qartal-
1998-ci ildə hərbi xidməti başa vurdum və Əhməd Ələsgərov məni “Neftçi”yə dəvət elədi. 2 il orada çıxış elədim. “Neftçi”də olanda da çempionluq sevinci yaşaya bilmədim. 2-ci yeri tutduq. Nəsə çempion olmaq qismətimdə deyildi. 5 dəfə gümüş medalları qazanmışam – 2 dəfə “Neftçi”də, hərəyə 1 dəfə isə “Dinamo”, “Karvan” və “Olimpik”də. İlk legionerləri “Neftçi”də görmüşəm – Stukas, Kalfa, Poşexontsev yaxşı futbolçular idi. O vaxt Tərlan Əhmədov, İqor Getman, Bəxtiyar Musayev də bizdə idi. 2002-ci ildə futbol dağıldı. Məcbur olub getdim İrana.
İranda...
“Neftçi”də bizimlə bir yerdə oynayan Poşexontsev məni və Kamal Quliyevi Ukraynaya çağırmışdı. Düzü, əvvəl “Lada” ilə razılaşdığımdan ora getmək istəmədim. Kamal Quliyev Samir Əliyevlə “Volın”a getdi. Mənsə Tolyatti komandası ilə müqavilə imzaladım. Ancaq transfer vərəqim hələ gəlməmişdi. Heç axıra kimi də gəlmədi. Bilmirəm niyə, AFFA-dan göndərmədilər. O vaxt Fuad Musayev məndən “Neftçi”də qalmağımı istəyirdi. Razılaşmadım, transfer vərəqimi də götürüb üz tutdum İrana. Müslüm adında bir azərbaycanlı menecer var idi. “Neftçi”də oynayanda mənə bir neçə dəfə İranda oynamağı təklif etmişdi. Hər dəfə də istəməmişdim. Azərbaycanda futbol dayananda, həm də “Lada” variantı düzəlməyəndə futbolsuz qalmamaq üçün razılaşdım. Dekabr ayı idi. Yadımdadı, Bakıya möhkəm qar yağmışdı. Hətta aeroportda uçuşlar ləğv olunmuşdu. Təsəvvür edin ki, ertəsi gün birdən-birə şaxtalı havadan 50 dərəcə istisi olan bir yerə getdik. Abadan İraqla sərhəddə yerləşir. Ora İlham Yadullayevlə birgə yollanmışdıq. 1-2 məşqdən sonra bizi komandaya götürdülər. Pis pul da vermirdilər. Orada yarım ildə aldığımı Bakıda 2 ilə qazana bilmirdim. Özü də yerli camaat futbolla nəfəs alırdı. Vay o günə ki, evdə uduzaq. Meydançaya daş-kəsək dolu kimi yağırdı. Udanda isə olurduq əsl qəhrəman. Şəhər balaca idi, həm də darıxdırıcı. Hamı dini qanunlarla ilə oturub-dururdu. Maraqlı bir şey yox idi. Nə şəhərdə, nə də televiziyada. İsti də bir yandan. Əsgərlər kimi günlərimi sayırdım. “Sanat Naft”da oynadığım oyunların sayını xatırlamıram, amma vurduğum qollar yadımdadı – 5 dənə. Hətta o da yadımdadı ki, birini “Sepahan”da oynayan erməni qapıçıya vurmuşdum. Axırıncı turda isə bir qədər biclik işlətdim. Çempionatın bitiminə 1 tur qalmış səfərdə oynayırdıq və sarı vərəqə limitim dolurdu. Qəsdən xəbərdarlıq aldım ki, evdəki oyunu buraxım. Birdən uduzub-eləyərik. Gəl indi azarkeşlərdən canını qurtar. Həqiqətən də uduzduq. İlham deyirdi ki, ağıllı iş tutubsan. Az qala bizi birtəhər edəcəkdilər. Hətta həmin oyundan sonra komanda yoldaşımızı evinin qarşısında bıçaqlamışdılar. Yaxşı ki, ölməmişdi. İlk dəfə dolu tribunaları İranda görmüşəm. Bizim azarkeşlərlə fərqləri çoxdu. “Sanat Naft”ı o qədər çox istəyirdilər ki, komandaya “Braziliya” deyirdilər.
İranda bir məşqçimiz var idi – Sadiqi. Heç vaxt özünə, geyiminə fikir vermirdi. Nə vaxt baxsan üst-başı toz-torpaq idi. Bir dəfə İlhamla yığmanın oyunundan qayıdırdıq. Birdə hiss etdim ki, kimsə bizə baxır. Kostyum-qalstukda, səliqəli geyinmiş bir nəfər bizə salam verdi. İlhamdan soruşdum ki, bəs bu kimdi. Deyəsən, İranda futbol oynamamış məşhurlaşmışıq. Dedi ki, tanımadın? Məşqçimizdi də. Görün bu insan məşqlərdə nə gündə olurdusa,kostyumda tanıya bilmədim.
və Ukraynada legioner həyatı
İrandan canımı qurtarandan sonra üz tutdum Ukraynaya. Təlim-məşq toplanışından sonra baş məşqçi Vitali Kvartsyanı məni bəyəndi. İlk oyunum Kiyev “Dinamo”suna qarşı olub. Maraqlıdır ki, transfer vərəqim oyunun gedişində gəlib çıxdı və 2-ci hissədə meydana çıxdım. Həmin oyunu 5:1 uduzmuşduq. Amma növbəti matçda qələbə qazandıq. Hətta qol da vurmuşdum. “Volın”da cinah yarımmüdafiəçisi mövqeyində çıxış edirdim. Bu da mənə sərf etmirdi. Amma Kvartsyanı fikrindən dönmürdü.
Sizə “Tavriya” ilə oyundan danışım. 86-cı dəqiqədə cərimə meydançasında qaydanı pozdum və qapımıza penalti təyin olundu. Həmin oyunu mənim ucbatımdan 0:1 uduzduq. Kvartsyanı yaralı şirə dönmüşdü. Bizə azərbaycanca danışmağa belə qadağa qoymuşdu. Deyirdi ki, bəlkə məni söyürsünüz. Ümumiyyətlə, Kvartsyanı çox zəhmli məşqçi idi. Həmişə də ağzından “gül yağırdı”. Amma bizimlə işi yox idi. Mentalitetimizə bələd idi. Nə isə... Günahkar idim deyə səsimi çıxarmırdım. Növbəti oyuna iki gün qalmış könlümü aldı. Qəddar olduğu qədər də yaxşı insan idi.
Yenidən Vətənə dönüş
“Volın”da düz-əməlli oynaya bilmədim. Millinin Bakıdakı oyununa gələndə avtomobil qəzasına düşdüm. Zədələnmişdim, psixoloji durumum pozulmuşdu. Həm də orada qalmaq istəmirdim. Mənə təklif etdilər ki, komanda ilə müqaviləmi artırım. Yoxsa alacağım var idi, onu verməyəcəkdilər. 19 mindən imtina eləyib müqaviləni artırmadım. Ukraynada çempionat təzə başlayırdı, bizdə isə qurtarırdı. Şahin Diniyev məni “Qarabağ”a dəvət elədi. Bu insana çox şey borcluyam. Qəzadan sonra hələ də özümə gələ bilməmişdim. Futbolu atmaq istəyirdim. Şahin müəllim əlimdən tutub meydançada uşaq kimi gəzdirirdi. “Qarabağ”da az oyunda iştirak etmişəm. Bayaq dediyim kimi, çempionatın axırı idi. Sonradan Şahin müəllimi İqor Ponomaryov əvəzlədi. Həmin mövsüm komanda UEFA Kubokuna vəsiqə qazanmışdı. Polşa klubu ilə matça da oynadım. Həmin vaxt “Qarabağ”da maliyyə problemləri var idi. Həm də həmin ərəfədə “Karvan”dan dəvət aldım. İqor Anatolyeviç gedişimə mane olmadı. Halbuki, “Qarabağ”la müqaviləm başa çatmamışdı. Ümumiyyətlə, Ponomaryov həmişə futbolçunun tərəfində olan bir məşqçi idi. Həmişə futbolçunun problemləri ilə maraqlanır, hər şeyin onun istəyi ilə olmasına çalışırdı.
“Karvan”...
Yevlaxdakı dövr futbol həyatımın ən gözəl günləri idi. Yaxşı komandamız var idi. Hər yerdə bizə hörmət qoyurdular. Yevlaxda futbolu çox sevirdilər. Orada xeyli dost qazandım. İndi də əlaqə saxlayırıq. “Karvan”da Zaur Ramazanovla tandem təşkil edirdik. Səhv eləmirəmsə, gümüş medalları qazanan ili birlikdə 40-a yaxın top vurmuşduq. Həmin mövsüm sonuncu oyunu Tovuzda “Turan”la oynayırdıq. Matç 0:0 hesabı ilə başa çatdı. Udsaydıq, çempion olacaqdıq. Sonradan Zaur “Xəzər Lənkəran”a keçdi. Həmin illər komandada xeyli təcrübəli futbolçular var idi – Tərlan Əhmədov, Kamal Quliyev, Dmitri Kramarenko, Elxan Həsənov... Heyf o komandadan. Karyeram ərzində çox qollar vurmuşam. Onlardan ikisi mənə daha əzizdi ki, birini millidə Serbiyanın qapısından keçirmişəm, digərini isə “Karvan”da oynayarkən “Neftçi”yə vurmuşam. Məkan Nəsirov sağ cinahdan asma etdi, Zaur başı ilə topa azacıq toxundu. Cərimə meydançasının xətti üzərində topu sinəmlə saxlayıb qayçı zərbəsi ilə qapıdan keçirdim. Qapıçı da kim olsa yaxşıdı? Hüseyn Məhəmmədov. Hüseyn ən çox bəyəndiyim qapıçılardan biri olub. Elə bil “pişik” idi. Ona qol vurmağın başqa ləzzəti var idi. Hələ mən “Dinamo”da oynayanda “Qusi” “Kəpəz”də idi. O vaxt ona penaltidən qol vurmuşdum. Bir həftə sevincimdən “uçurdum” ki, Hüseyni məyus etmişəm.
...”Neftçi”...
2006-cı ildə Ramin Musayev və baş məşqçisi Qurban Qurbanov təklif etdilər ki, “Neftçi”yə qayıdım. Mövsümün ilk yarısında 5 qol vurdum. Hücumda Nadir Nəbiyevlə birgə çıxış edirdim. İkinci dövrədə isə əsasən ehtiyatda qalırdım. Məcbur olub keçdim “Olimpik”ə. Həmin mövsüm “Neftçi” 2-ci oldu. Dördüncü dəfə gümüş medal...
“Məsləhət gördülər ki, futbolla vidalaşım”
“Olimpik”də baş məşqçi Əsgər Abdullayev idi. Məni də komandaya o çağırmışdı. İlk dövrədə əsas heyətdə idim və demək olar ki, bütün oyunlarda iştirak etdim. İkinci dövrədə Samir Musayev komandaya qoşuldu. Yaxşı rəqabət üçün əsas var idi. Amma zədələndiyimdən qalan oyunlarda Samir əsas heyətdə meydana çıxırdı. Onun komandaya çox xeyri dəydi. “Olimpik” də “Karvan”da olduğu kimi son oyunda qalib gəlsəydi, çempion olacaqdı. Amma qismətimdə çempionluq yox imiş. Bu dəfə də ikinci yer, bu dəfə də gümüş medal... “Olimpik”dən ayrılmağımı heç yaddan çıxarmıram. Müqaviləm başa çatandan sonra klub rəsmilərindən heç kim mənə adicə “sağ ol” da demədi. Səssiz-səmirsiz “Qəbələ”yə keçdim. Hələ də yaxşı formada idim. Amma 3-cü turda ayağım sındı və mövsümü demək olar ki, boşa verdim. Qəbəlilərlə müqaviləm başa çatmışdı və hiss edirdim ki, yenisini təklif etməyəcəklər. Həmin ərəfədə “Muğan”ın baş məşqçisi Kamal Alispahiç məni təlim-məşq toplanışına çağırdı və baxışdan sonra müqavilə bağladım. Birinci dövrəni əsasən ehtiyatda otururdum, oyuna sonradan daxil olurdum. Amma Alispahiçin gedişindən sonra komandaya baş məşqçi Bəhman Həsənov gəldi. Alispahiçin köməkçisi Xurtiç isə ikinci məşqçimiz oldu. Bəhman müəllimin vaxtında artıq əsas heyət oyunçusu idim. Çempionatın bitiminə az qalmış dizimdə problemlər baş qaldırdı. İndi “Qəbələ”də işləyən Rəhim Məhərrəmov məsləhət gördü ki, futbolla vidalaşım. Çünki, yenidən əməliyyat olunmaq, bərpa kursu keçmək xeyli vaxt aparacaqdı. Həm də artıq 32 yaşım var idi. Rəhimin məsləhətinə qulaq asdım və əlvida peşəkar futbol həyatı...
Qismət elə gətirdi ki, indi də “Rəvan”da Bəhman müəllimlə birgə çalışıram. Bir-iki kəlmə də “Rəvan” haqda danışmaq istəyirəm. Gənc komandamız var, amma bir qədər təcrübə çatmır. Düzü, çempionata da pis start vermişdik. Amma son iki turda uşaqlar özlərini toparlaya bildilər. Bunu əminliklə söyləyirəm, vaxt gələcək bütün komandalar “Rəvan”dan çəkinəcəklər. Çox uzağa getməyək, ikinci dövrədə tamamilə başqa komanda görəcəksiniz.
Millidəki karyerası haqqında
Millidə
30-dan çox oyun keçirmişəm. İlk dəfə “Dinamo”da oynayanda Olimpiya yığmasına dəvət almışam. Orada oynaya-oynaya keçdim “Neftçi”yə. Millidə isə ilk oyunumu Gəncədə Gürcüstana qarşı keçirmişəm. Komandaya Vaqif Sadıqov rəhbərlik edirdi. Həmin oyun yoldaşlıq görüşü idi və 1:0 qalib gəlmişdik. Yeganə qolu Emin Ağayev vurmuşdu.
Bir epizod heç yadımdan çıxmaz. Slovakiya ilə evdə qarşılaşırdıq. Olimpiya yığmasının heyətində çıxış edirdim. Birinci hissədən sonra məni əvəzlədilər. Düzü, pis oldum ki, niyə məni çıxarırsınız. Dedilər ki, belə lazımdı, hazırlaş sabah əsas millidə oynayacaqsın. Elə də oldu. Ertəsi gün ikinci hissədə meydana çıxdım.
Azarkeşlərin yadında əsasən Serbiyaya vurduğum qolla qalmışam. Həmin oyundan sonra məni yekəxanalıqda günahlandırırdılar. Deyirdilər ki, guya həmin qolu tullanaraq yox, elə-belə də vura bilərdim. Boş qapı idi də. Amma vəziyyət heç də onlar fikirləşən kimi deyildi. Həmin vaxt bilmirdim ki, arxamda müdafiəçi var ya yox. Bir saniyənin içərisində beynimdən min fikir keçdi ki, necə vurum. Özümü sığortalamaq üçün tullanıb başla topa toxundum. Hələ yaxşı ki, çərçivəyə düşə bildim (gülür). Sonuncu dəqiqədə komandaya qələbə qazandırmaq gözəl hissdi.
Finlandiyaya cərimə zərbəsindən vurduğum qol da pis alınmayıb. Amma həmin görüşü uduzmuşduq. Söhbətin əvvəlində qeyd etmişdim ki, hələ “Dinamo”da oynayanda Novruz müəllim, Yaşar müəllim mənə cərimə zərbəsini necə vurmağı öyrətmişdilər. Bəhrəsini illər sonra gördüm.
Bir maraqlı faktı da qeyd edim. Qəzaya düşən vaxt İtaliya ilə səfərdəki oyun ərəfəsində idi. İtalyanlarla oyundan sonra Bakıya qayıtmayacaqdım. Yollanmalı idim birbaşa “Latsio”nun düşərgəsinə. Məni ora baxışa çağırmışdılar. Çox güman ki, komandaya götürəcəkdilər. Amma qismət olmadı. Bəlkə də onda İtaliyada olsaydım, indi hər şey başqa cür idi.
Amma yenə də naşükürlük etmirəm. Futbolda qazandıqlarıma görə Allahımdan çox razıyam. Özümə, ailəmə babat şərait düzəltmişəm. Bəlkə də uşaq vaxtı Hüseyn müəllimin təkidindən sonra futbola qayıtmasaydım... Adam heç fikrinə belə gətirmək istəmir.
“Kaş ki, kəndimiz heç sərhəddə yerləşməyəydi”
Sonda bir nüansa toxunmaq istəyirəm. Doğulduğum Ləmbəli kəndi Gürcüstanla sərhəddə yerləşir. Aradan ancaq bir çay axır. Tez-tez həmin yerə gedib Gürcüstan tərəfdən kəndimizə baxıram. Kəndimiz, uşaq vaxtı futbol oynadığımız stadion aydın görünür. Adama çox ağır gəlir – necə olur ki, bir neçə metrlikdəki doğma kəndinə ayaq basa bilmirsən? Kaş ki, kəndimiz heç sərhəddə yerləşməyəydi.
Söhbətləşdi: İlqar TAĞIYEV, "Het-trik news"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |