"Bakı"da yüksəksəviyyəli görüş

20.09.2013 | 4791 dəfə oxunub

Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye bu gün “Bakı” futbol klubunun təlim-məşq bazasının qonağı olub. Stadium.az klubun rəsmi aytına istinadən xəbər verir ki, səfir ilk növbədə burda yeniyetmə və gənc futbolçulara yaradılmış şəraitlə tanış olub, ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baş çəkərək, “Bakı”nın üzvləri ilə görüşüb.

Qeyd edək ki, bu gün həmçinin Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil Marin və Marketinq, Korporativ Əlaqələr və Beynəlxalq Layihələr üzrə baş meneceri Emilyo Qutyerres Bolloza da klubun qonağı olub. Daha sonra “Bakı”nın texniki heyəti və rəsmi şəxsləri ilə şəkil çəkdirən qonaqlar “zolaqlılar”ın prezidenti Hafiz Məmmədovla görüşüblər.

Cənab Mönye ziyarət zamanı “Bakı” və “Lans”ın əməkdaşlığının iki ölkə üçün vacibliyini vurğulayıb. Öz növbəsində Xil Marin də Madrid “Atletiko”su ilə işbirliyinin İspaniya və Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də idman əlaqələrinin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Ardından Hafiz bəy qonaqlara təşəkkürünü bildirərək, Fransa və İspaniya ilə yaradılmış çoxşaxəli əlaqələri daha da inkişaf etdirmək istəyi haqda məlumat verib. Azərbaycanda futbolun inkişafında ölkə prezidenti cənab İlham Əliyevin böyük rolunu xüsusi vurğulayan Məmmədov səfirə “Bakı”nın tarixi nailiyyətlərindən və infrastruktur quruculuğundan da danışıb. Görüşün sonunda Hafiz bəy cənab Mönyeyə “Bakı”nın formasını hədiyyə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail