Təlim-məşq bazasının təməli qoyulub

21.09.2013 | 4937 dəfə oxunub

Bu gün AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib. Stadium.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın prezidenti Mişel Platini, ölkə futbol ictimayyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər. R.Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, UEFA prezidentini növbəti dəfə Azərbaycanda görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. M.Platini öz çıxışında UEFA-nın bütün milli assosiasiyalara futbolun inkişafı prosesində dəstək verdiyini qeyd edib, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini deyib.

AFFA və UEFA prezidentləri milli komandaların təlim-məşq bazasının təməlini qoyub.

Ölkə və qitə futbol qurumunun başçıları AFFA Futbol Mərkəzindəki meydançada məşq edən qızlardan ibarət komandanın məşqini izləyib.

UEFA-nın prezidenti Mişel Platini brifinq keçirərək mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Xatırladaq ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Tədbir iştirakçıları AFFA Futbol Mərkəzindən hazırda tikintisi davam edən Bakı Olimpiya Stadionuna gəliblər. UEFA prezidenti stadionun maketi ilə tanış olub, arenanın tikintisi ilə bağlı videoçarx izləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail