Azərbaycan Premyer Liqasında 2 yeni ölkə təmsilçisi

23.09.2013 | 4755 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VIII turu 2 ölkə təmsilçilərinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Stadium.az xəbər verir ki, yarışın 21 illik tarixində ilk dəfə meydana Tacikistan və İsraildən olan futbolçular çıxıb. “Qəbələ” - “Rəvan” oyununda qonaqların heyətində sonradan meydana çıxan Sohib Savankulov ilk tacikistanlı kimi Premyer Liqa tarixinə düşüb. Sarı vərəqə ilə də cəzalanan futbolçu 72-ci ölkə təmsilçisi olub. Tacikistan çempionatımızda Asiya Futbol Konfederasiyasını təmsil edən 6-cı ölkədir.

1 gün sonra keçirilən “Qarabağ” - “Simurq” matçında isə qonaqların heyətində israilli İdan Vaytsman debüt etdi. 73-cü ölkə təmsilçisi olan legioner də sarı vərəqə ilə cəzalandı. İsrail UEFA-ya daxil olan 36-cı ölkə oldu ki, çempionatımızda futbolçu ilə təmsil olunur.

Qeyd edək ki cari mövsümdə Tacikistan və İsrailə qədər Kipr də bu siyahıya düşmüşdü.

UEFA-ya daxil olan - 36 ölkə

(Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Şotlandiya Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan)

CAF-a daxil olan - 18 ölkə

(Burkina Faso, Əlcəzair, Kabo-Verde, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Liberiya, Mali, Mərakeş, Misir, Nigeriya, Qana, Qvineya, Seneqal, Sierra Leone, Toqo, Tunis)

CONCACAF-a daxil olan - 6 ölkə

(ABŞ, Dominikan Respublikası, Honduras, Kosta-Rika, Meksika, Yamayka)

AFC-a daxil olan - 6 ölkə

(Cənubi Koreya, İran, Özbəkistan, Tacikistan, Türkmənistan, Avstraliya)

CONMEBOL-a daxil olan – 7 ölkə

(Argentina, Braziliya, Çili, Paraqvay, Boliviya, Kolumbiya, Uruqvay)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail