Vasili Utkin: " Baptistao ermənidir, ona görə də üzərinə “Azərbaycan” yazılan formada oynamadı”

24.09.2013 | 5435 dəfə oxunub

“Braziliyada xeyli erməni yaşayır, hansı ki, familiyaları “an” şəkilçisi ilə bitir. Əslində, Baptistao ermənidir, ona görə də üzərinə “Azərbaycan” yazılan formada oynamadı”. Stadium.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış futbol şərhçisi Vasili Utkin deyib.

Ötən həftənin çərşənbə günü Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Atletiko” - “Zenit” matçı zamanı (3:1) meydan sahiblərinin futbolçularından biri meydana üzərində “Azerbaijan Land of Fire” yazısı olmayan forma ilə çıxmışdı. 

Belə ki, 79-cu dəqiqədə oyuna daxil olan Leo Baptistaonun forması digərlərindən fərqlənirdi. Meydançaya daxil olduqdan 1 dəqiqə sonra Madrid təmsilçisinin 3-cü qoluna imza atan braziliyalı hücumçunu oyundan sonra diqqətsizlik etdiyini, futbolkanı götürən zaman onun üzərində reklam yazısı olub, olmadığına fikir vermədiyimi bildirmişdi.

“Exo Moskvı” radiosunun qonağı olan Utkin isə Baptisaonun bilərəkdən belə bir addım atdığını iddia edib. Lakin bunun sadəcə bir zarafat olduğunu söyləmək olar: “Atletiko”nun bütün oyunçuları üzərində “Azərbaycan, Odlar Yurdu” (Azerbaijan Land of Fire) yazılan formalarda oynayırlar. Siz yəqin bilirsiniz ki, “Baptistao” kimi Braziliya familyaları “Baptistan” kimi oxunur”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail