"Qalatasaray"ın Terimdən imtina etməsinin 7 səbəbi

25.09.2013 | 4726 dəfə oxunub

Dünəndən etibarən Türkiyə mətbuatının gündəmi Fatih Terimin "Qalatasaray"dan gözlənilməz gedişidir. Stadium.az xəbər verir ki, Türkiyəli həmkarlarımız “Qalatasaray” rəhbərliyi ilə baş məşqçi arasında narazılığın bu həddə çatmasını araşdıraraq, bir sıra məqamlara diqqət çəkiblər. Beləliklə, Terimin sonunu gətirən 7 səbəbi təqdim edirik.

1. Terim baş məşqçi postuna gələr-gəlməz klub prezidentinin müşaviri olan, daha sonra idman direktoru təyin edilən Bülənt Tulunun komandanın təlim-məşq bazasına gəlməsini istəmirdi. Nəticədə “İmperator” istəyinə çatdı.

2. Transfer məsələlərində fikir ayrılığı hər zaman olub. Terim Kakanı istədiyi halda, Aysal İtaliyaya yollanıb, Uesli Sneyderlə anlaşdı. Son olaraq, Şedju da baş məşqçinin siyahısında ən aşağı sıralarda idi.

3. Aysalın formalaşdırmaq istədiyi klub strukturunda Terim İdarə Heyətinin prezidenti Lütfi Arıboğanın əlinin altında yer almalı idi. “İmperator” isə yalnız klub prezidentinə hesab verməyi uyğun bilirdi.

4. Terim rəhbərliyin ona “işçi” gözü ilə baxmasından narahat idi. “İmperator” “Kasımpaşa” ilə matçdan sonra sıradan bir işçi sayılmasına etirazını bildirdi. Düzdür, daha sonra Aysal onu nahara dəvət edib, könlünü aldı. Lakin artıq olan olmuşdu.

5. Aysalın da icazəsi ilə Terimin milli komandadan gələn təklifi qəbul etməsi sonun başlanğıcı oldu.

6. İctimaiyyətin təzyiqi ilə “Qalatyasaray” Terimə yeni iki illik müqavilə təklif etdi. Baş məşqçi isə onunla məsləhətləşmədən bel bir addım atılmasının doğru olmadığını bildirdi. “Antalyaspor”la görüşdən sonra “Bəzi adamlar rahat olsun deyə, sözləşməyə imza atmaram” - söyləyərək mövqeyini ortaya qoydu.

7. Madrid “Real”ına 1:6 hesablı məğlubiyyətdən sonra Aysal Terimə zəng vurub, “Beşiktaş”la İstanbul deribisi ərəfəsinə ürək-dirək vermək, mükafatın məbləğini müəyyənləşdirmək istədi. Ancaq Terim onun zənglərinə cavab vermədi. Bundan sonra Arıboğan Terimlə görüşərək, “niyə prezidentə cavab vermədin” - deyə sual etdi. “İmperator” isə telefonunun bağlı olduğunu, daha sonra zəng vuracağını söylədi. Ancaq zəng vurmadı. Və bununla da bütün diqqətlər Terimin üzərinə yönəldi...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail