Ramin Musayev: "Klub rəhbərləri yayımdan imtina edirlər"

25.09.2013 | 4288 dəfə oxunub

“Artıq növbəti mövsüm üçün Premyer Liqanın yayımı ilə bağlı başqa ölkədən cəlbedici təklif almışıq”. Stadium.az xəbər verir ki, bunu jurnalistlərə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev açıqlayıb.

O, həmin ölkənin adını açıqlamasa da, təklif olunan vəsaitin kifayət qədər yüksək olduğunu vurğulayıb. R. Musayevin sözlərinə görə, təklif həyata keçsə, PFL-ə ödənilən vəsaitdən mətbuatın inkişafına da ayrılacaq.

Bununla yanaşı, R. Musayev klublarımızın öz ev oyunlarının yayımını istəmədiklərini də açıqlayıb: “Yayım hüququnu Topaza həvalə edəndə bəziləri bizim bu addımımızı tənqidlə qarşıladılar. Lakin onlar əməkdaşlığımızın müsbət tərəfini görüb işıqlandırmadılar. Premyer Liqada elə tur oldu ki, 5 oyunun hamısı göstərildi. Bu gün bəzi problemlərlə üzləşirik. Klub rəhbərləri yayımdan imtina edirlər. Səbəb kimi azarkeşləri itirdiklərini göstərirlər. Oyunları göstərilməyəndə də narazı qalırlar, göstəriləndə də. Lap bir kinoda deyildiyi kimi, “oxu, oxuma” deyirlər. Elə problemlər var ki, açıqlamaq olmur. Amma bütün günahları PFL-də görürlər”.

PFL prezidentinin sözlərinə görə, klublarımızın bu istəyi həyata keçməyəcək. O, heç kimə haqsızlığın olmamasına çalışdıqlarını əlavə edib: “Ən yaxşı həqiqət düzlükdür. Bir insan öz vəzifəsini yerinə yetirə bilmirsə, onun haqqında tədbir görürük. Topazla 1 ildir əməkdaşlıq edirik. Hələ heç bir problemimiz olmayıb. Əksinə, Topaz Azərbaycan futbolunun inkişafı üçün xeyirli işlər görüb. Təkcə maddi məsələlərdən söhbət getmir. İnanırıq ki, birgə layihəmiz daha uğurlu alınacaq”.

“Azinteltek” birgə müəssisəsinin sədri Ahmet Sezer isə hər turun orta hesabla 4 oyununun canlı yayımlandığını və azarkeş sayında ciddi artımın olduğunu söyləyib: “Gələcəkdə Azərbaycan Premyer Liqasının müxtəlif ölkələrdə yayımlanmasını nəzərdə tuturuq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail