"Bakı" ilə "Lans" arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

25.09.2013 | 4142 dəfə oxunub

Sentyabrın 25-də - beynəlxalq "Top Resa" sərgisinin ikinci günündə də Azərbaycanın guşəsi, xüsusən də ölkəmizi idman sahəsində təmsil edən "Bakı"nın stendi böyük maraqla qarşılanır. Stadium.az xəbər verir ki, səhər saat 11-də Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov sərgi keçirilən salona təşrif buyurdu. "Bakı" rəsmilərindən Nail Əliyev və Yaşar Seyidov cənab səfirə sərginin axarı, eləcə də "Bakı" - "Lans" əməkdaşlığının perspektivləri haqqında məlumat verdi. Təbliğat yönündə müvafiq tövsiyyələrini çatdıran Elçin Əmirbəyova "Bakı"nın atributları hədiyyə olundu. Azərbaycan televiziyasının Avropa bürosunun rəhbəri Elnar Məmmədov da bu səfər haqqında reportaj hazırladı.

Ardından nəqliyyat, turizm və kommunikasiya üzrə baş direktor Alan Banyo və "Top Resa" sərgisinin direktoru Tomas Despleyn sərgidə Azərbaycan üçün ayrılan yerə baş çəkdi. Nüfuzlu qonaqlara Azərbaycanın mədəniyyəti və turizm potensialı haqqında məlumat verildi. Təbii ki, "Bakı" - "Lans" əməkdaşlığı, əlaqələrin gələcək perspektivləri də unudulmadı."Bakı" rəsmiləri qonaqlara həmçinin klubun atributlarını təqdim etdi.

Xatırladaq ki, nüfuzlu sərgi hələ sentyabrın 27-nə qədər davam edəcək. Sabah isə "Lans"la əməkdaşlıq müqaviləsinin təntənəli şəkildə imzalanması gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail